Apple 14.9 milyard dollarlıq məhkəmə iddiasında qalib gəlib: Şirkət nədə ittiham olunurdu?

Apple 14.9 milyard dollarlıq məhkəmə iddiasında qalib gəlib: Şirkət nədə ittiham olunurdu?

Maliyyə və investisiya
15.07.2020 PAYLAŞIM

    Apple şirkəti 14.9 milyard dollar dəyərində irland vergiləri məsələsində Avropa komissiyasına qarşı məhkəmədə qalib gəlib. Bu barədə Rb.ru saytı xəbər verib. Lüksemburqdakı Avropa Birliyinin general məhkəməsi qərar verib ki, Avropa komissiyası Apple şirkətinin İrlandiyada vergi güzəştlərinə sahib olmasını sübut edə bilməyib. Lakin bu qərar hələ Avropa Birliyinin yuxarı instansiyasına (apelyasiya məhkəməsi) verilə bilər. Məhkəmənin çıxardığı qərara İrlandiya hökuməti rəsmi cavab verib.

    Hökumət bildirib ki, Apple şirkətinə heç bir özəl rejimin təqdim olunmadığı və vergi məbləğinin İrlandiyanın vergi qanunlarına əsasən təyin edildiyi həmişə məlum idi. 2016-cı ildə Avropa komissiyası bildirmişdi ki, İrlandiya hökuməti Apple şirkətinə qeyri qanuni vergi güzəştləri təqdim edir. Komissiyanın qərarına əsasən şirkət İrlandiya büdcəsinə 13 milyard avro ödəməli idi. Nəticədə Apple və İrlandiya hökuməti komissiyanın bu qərarının apelyasiya məhkəməsinə vermək nəticəsinə gəldilər. Qeyd etmək lazımdır ki, İrlandiya ən aşağı vergilərə sahib ölkələrdən biridir. Buna görə də bu ölkə Facebook, Google və Apple kimi böyük texnoloji şirkətləri cəlb edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnvestorlar Pavel Durov-dan 100 milyon dollar təzminat tələb edirlər

TON adlı kriptovalyuta layihəsinin uğursuzluğundan 1 il sonra Pavel Durov investorlardan bildiriş əl..


SpaceX yeni investisiya cəlb etməklə bazar dəyərini 74 milyard dollara yüksəldib..

SpaceX şirkəti səhmlərin satılması sayəsində 850 milyon dollar investisiya cəlb edib.


Facebook şirkəti Libra kriptovalyutasını artıq gələn ilin əvvəlində istifadəyə v..

Financial Times qəzetinin verdiyi məlumata əsasən Facebook şirkətinin Libra adlı kriptovalyutası gəl..


Qlobal layihənin bir hissəsi: Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 20 milyard ..

Neftin ixracı ilə məşğul olan böyük dovlətlərdən biri olan Səudiyyə Ərəbistanı neftə olan tələbatın ..


Dünyanın ən varlı şəxsi: Jeff Bezos-un sərvəti 200 milyard dolları keçib..

Beləliklə Amazon şirkətinin CEO-su 200 milyard dolları keçmiş sərvətə sahib ilk şəxs olub...


Asiyada ən çox istifadə olunan fintech həllər

Markswebb adlı konsaltinq agentliyinin tədqiqatına əsasən rəqəmsal portmanatlar və ödəniş sistemləri..

×