Yeni nəsil Android viruslar qeyri-adi şəkildə antiviruslardan gizlənə bilirlər

Yeni nəsil Android viruslar qeyri-adi şəkildə antiviruslardan gizlənə bilirlər

Kibertəhlükəsizlik
22.08.2023 PAYLAŞIM

    Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Zimperium şirkətinin aparmış olduğu yeni tədqiqat onu göstərib ki, Android üçün nəzərdə tutulmuş yeni nəsil zərərli proqram təminatları Android Package (APK) fayllarının qeyri-adi antianaliz üsulu vasitəsilə antivirus tətbiqlərdən uğurlu şəkildə maskalana bilirlər. Bu cür üsul çərçivəsində antivirus tətbiqlərinin çoxu həmin zərərli proqram təminatlarını aşkar edə bilmir. Məlum olub ki, yeni nəsil zərərli proqram təminatları qeyri-standart və ya çox güclü şəkildə təkmilləşdirilmiş sıxışdırma alqoritmləri vasitəsilə dekompilyasiya prosesinə qarşı çıxırlar. Qeyd etmək lazımdır ki, dekompilyasiya prosesi antivirusların şübhəli bilinən proqram təminatı kodlarının təyin edilməsi prosesidir.

    Bu cür üsul antivirus tətbiqləri tərəfindən hələ tanınmadığına görə zərərli proqram təminatları smartfonun təhlükəsizlik sistemindən rahatlıqla yan keçərək adi tətbiqlər şəklində maskalana bilirlər. Zimperium şirkətinin təqdim etmiş olduğu hesabata əsasən artıq 3300 ədəd APK fayl bu cür sıxışdırma alqoritmlərindən istifadə edirlər. Onlardan 71-i Android 9 və ondan daha sonrakı Android versiyalarında rahatlıqla işə salına və çalışa bilir. Bununla belə şirkət sözügedən APK faylların istifadəsi ilə çalışan tətbiqlərin Google Play-ə yerləşdirilməsinə dair heç bir sübuta rast gəlməyib. Bu isə o deməkdir ki, bur cür tətbiqlərin istifadəçilər arasında yayılması başqa üsul vasitəsilə reallaşdırılıb. Buna misal olaraq kənar tətbiq mağazalarını gətirmək olar.




DAHA ÇOX


Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatları yığır..

NordVPN servisinin mütəxəssisləri Android və iOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətb..


Casusluq məqsədli yeni proqram təminatı aşkar edilib

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflən..


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..

×