main-post-cover

    Whatsapp end-to-end şifrələnməsi səbəbilə talibanların mesajlarını bloklaya bilmir

    Təhlükəsizlik
    18.08.2021
    Farid Pardashunas
        Talibanlar Facebook-a məxsus olan Whatsapp messencerindən istifadə edərək Əfqanıstanın vətəndaşları arasında öz mesajlarını yayırlar. Bu barədə Vice saytı xəbər verib. Məlumatda qeyd edilib ki, Whatsapp-da olan end-to-end şifrələnməsi səbəbilə messencer Əfqanıstandakı talibanların mesajlarını bloklaya bilmir. Whatsapp əməkdaşları mesajlardakı mətnlərdə nələrin qeyd ediliyini anlaya və bu səbəbdən də administrativ qadağalara riayət edilməsini operativ şəkildə təmin edə bilmir. Qeyd etmək lazımdır ki, ABŞ-da talibanlar terrorçu qruplaşma hesab olunurlar və ABŞ-ın bütün sosial şəbəkələri ilə online servisləri ABŞ-ın bu cür təhlükəli qruplaşmalar üzrə olan qanununa əsasən onların hesablarını bloklamalıdırlar.
        Hal hazırda Facebook sosial şəbəkədən istifadə edərək öz ideyalarını yaymağa çalışan talibanlara mesajlar göndərən istifadəçi hesablarını bloklamaq ilə məşğuldur. Sözügedən senzura prosesi real zaman ərzində çalışır və artıq Facebook ilə Instagram-da çoxlu sayda istifadəçi hesabı bloklanıb. Lakin Whatsapp-da bunu etmək qeyri-mümkündür. Belə ki, sözügedən messencer end-to-end şifrələnmə funksiyasından istifadə edir. Bu səbəbdən də amerikalı mütəxəssislər Whatsapp üzərindən göndərilən mesajlarda nələrin qeyd edildiyindən xəbərsizdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər