Veb kamera vasitəsilə eynəkdə əks olunan ekran mətnini oxumaq mümkündür

Veb kamera vasitəsilə eynəkdə əks olunan ekran mətnini oxumaq mümkündür

Kibertəhlükəsizlik
19.09.2022 PAYLAŞIM

    ABŞ-ın Miçiqan Universitetinin və Çinin Çjetszyan Universitetinin mütəxəssislərinin aparmış olduqları tədqiqat onu göstərib ki, kompüter ekranında sərgilənən konfidensial məlumat istifadəçinin eynəyində əks olunduğu halda həmin məlumatı oğurlamaq mümkündür. Konfidensial məlumatların bu cür üsul ilə əldə edilməsi hələ ki, 10 mm ölçüdə olan şriftlərdən ibarət məlumatlarla məhdudlaşır. Lakin noutbuklardakı veb kameraların keyfiyyətləri artdıqca daha kiçik şriftlərə sahib məlumatları oxumaq mümkün olacaq.

    Alimlər aparmış olduqları tədqiqat barəsində ətraflı məlumatı “Private Eye: On the Limits of Textual Screen Peeking through Eyeglass Reflections in Video Conferencing” adlı məqalədə yerləşdiriblər. “Bizim işimiz optik hücumlara əsaslanan potensial təhlükələrin nə dərəcədə effektiv olduqlarını araşdırır və xarakterizə edir” - deyə alimlər öz məqalələrində qeyd ediblər. İdarə olunan laboratoriya şərtləri çərçivəsində 720p keyfiyyətində olan kamera vasitəsilə 10 mm hündürlüyə sahib ekran mətnlərini 75% dəqiqliklə təyin və bərpa etmək mümkün olub. Bu cür nəticə isə 10 mm öçüyə sahib şriftlərə uyğun gəlir. Bu cür şrift müxtəlif mətnlərin başlıqlarında və prezentasiyalarda istifadə edilir.


    Aydındır ki, bu halda işəgötürən tərəf öz əməkdaşlarının nə ilə məşğul olduqlarını təyin və idarə edə biləcək. Nəticədə insanların konfidensiallıqlarının təhlükə altına düşmə riski daha da artır. Heç şübhəsiz eynək şüşələrində əks olunan ekran təsvirlərinin təyin edilməsi məsələsində öz sözlərini həmçinin neyron şəbəkələri də deyəcəklər. Buna görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Alimlər veb kameradan istifadə edən tətbiqlərin yaradıcılarına eynəklərdə əks olunan təsvirlərin bulanıq şəkildə sərgilənməsini təmin edəcək filtrlərin hazırlanmasını məsləhət görürlər. 



DAHA ÇOX


Casusluq məqsədli yeni proqram təminatı aşkar edilib

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflən..


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..


Yeni nəsil Android viruslar qeyri-adi şəkildə antiviruslardan gizlənə bilirlər..

Məlum olub ki, yeni nəsil zərərli proqram təminatları qeyri-standart və ya çox güclü şəkildə təkmill..

×