main-post-cover

    Twitter son 1 ay ərzində şifrələrini dəyişməyə çalışmış bütün istifadəçi hesablarını bloklayıb: Səbəb?

    Təhlükəsizlik
    17.07.2020
    Emil Nəcəfov
        Twitter son 1 ay ərzində öz şifrələrini dəyişməyə çalışmış bütün istifadəçi hesablarını bloklayıb. Bu barədə Rb.ru saytı xəbər verib. “İnsanların təhlükəsizliklərinin qorunması üçün ehtiyat tədbiri kimi son 30 gün ərzində öz şifrələrini dəyişməyə çalışmış bütün istifadəçi hesabları bloklanıb” - deyə şirkətin bəyanatında qeyd edilib.
        Şirkət onu da qeyd edib ki, həmin istifadəçi hesablarının boklanması o demək deyil ki, onların hamısı hack olunublar. Buna baxmayaraq şirkətin məlumatlarına əsasən bloklanmış istifadəçi hesabları arasında hack olunmuşları da var. Qeyd etmək lazımdır ki, 15 iyul tarixində Twitter-ə qarşı böyük kiberhücum reallaşdırılıb. Hackerlər biznesmenlərin, siyasətçilərin, şou biznes ulduzlarının və şirkətlərin hesablarını hack ediblər.

    Hesabları hack edilmişlər sırasında Elon Musk, Bill Gates, Jeff Bezos, Kanye West, Barack Obama, Apple və Uber var.

        Hack olunmuş hesablarda hackerlər istifadəçilərə müəyyən bitcoin portmanatına 1000$ göndərməyi təklif edirdilər. Bunun müqabilində hackerlər həmin məbləği ikiqat geri qaytarmağı söz verirdilər. Məlumata əsasən hackerlərin bitcoin portmanatlarına ümumilikdə 110.000$ vəsait göndərilib. İlkin ehtimallara görə hackerlər sosial mühəndislikdən istifadə ediblər. Çox güman ki, onlar Twitter-in daxili sistemlərinə və alətlərinə sahib bəzi şirkət əməkdaşlarını hack ediblər.
        Motherboard saytı isə qeyd edib ki, Twitter əməkdaşlarından kimsə hackerlərlə əməkdaşlıq da edə bilər. Twitter təmsilçiləri qeyd ediblər ki, hackerlərin, istifadəçi hesablarının şifrələrini əldə etdikləri barədə heç bir hala rast gəlməyiblər. Buna görə də istifadəçilərin öz şifrələrini dəyişmələrinə ehtiyac yoxdur. Şirkət onu da qeyd edib ki, reallaşdırdığı ehtiyat tədbirləri səbəbilə sosial şəbəkə stabil çalışmaya bilər. Şirkət tez bir zamanda istifadəçilərin hesablarını bərpa etməyi və bu məsələ ilə bağlı istintaq gedişatı barədə məlumat verəcəyinə söz verib. 
    Linki kopyala