main-post-cover

    TikTok yenə diqqət mərkəzində: Servis 1 ildən çox Android smartfonların MAC ünvanlarını yığırmış

    Təhlükəsizlik
    12.08.2020
    Emil Nəcəfov
        TikTok servisi Android əməliyyat sistemindəki konfidensiallıq üzrə olan təhlükəsizlik sistemindən yan keçərək milyonlarla cihazın unikal identifikatorlarını yığıbmış. Bu barədə The Wall Street Journal xəbər verib. Məlumata əsasən servis minimum 15 ay ərzində bu üsul ilə istifadəçilərin məlumatlarını yığıb və 2019-cu ilin noyabr ayında bu prosesi dayandırıb. Qeyd etmək lazımdır ki, söhbət, MAC ünvanlardan gedir. MAC ünvan unikal identifikatordur hansı ki, tətbiq üçün istifadəçiləri internetdə izləmək şəraitini yaradır. Bu halda sözügedən funksiyanı deaktiv etmək mümkün deyil.
        TikTok bu izlənməni əlavə qeyri adi şifrələnmə ilə gizlədib və bununla da Google siyasətini pozub. Google qaydalarına əsasən tətbiqlərin istifadəçiləri izləmələri qadağandır. Google təmsilçisi qeyd edib ki, şirkət hal hazırda bu məsələni araşdırır. 2018-ci ildə aparılmış tədqiqata əsasən Android üçün olan tətbiqlərin 1%-i MAC ünvan məlumatlarını yığır. ABŞ-ın ticarət üzrə federal komissiyası dəfələrlə qeyd edib ki, MAC ünvan uşaqların internetdəki konfidensiallıqlarının qorunması üzrə qanuna müvafiq olaraq özəl məlumat hesab edilir.
        Qeyd etmək lazımdır ki, ABŞ hökuməti TikTok servisinin bloklanması müzakirəsini aparır. Donald Trump hətta servisin ABŞ-da bloklanması üzrə göstəriş də verib. Servisin 15 sentyabr tarixinə kimi vaxtı var. Həmin gündən sonra bloklanma qərarı qüvvəyə minəcək. Microsoft şirkəti isə öz növbəsində TikTok-un bütün qlobal biznesinin alınması üzrə ByteDance şirkəti ilə danışıqlar aparır. Əgər Microsoft 15 sentyabra kimi bu müqaviləni reallaşdıra bilsə, TikTok ABŞ-da bloklanmadan yan keçə biləcək. 
    Linki kopyala