main-post-cover

    TikTok daxilinə inteqrasiya edilmiş brauzer istifadəçinin veb səhifələrdəki əməliyyatlarını izləyir

    Təhlükəsizlik
    22.08.2022
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlum oldu ki, Facebook Instagram-ın mobil versiyalarına inteqrasiya edilmiş brauzer adları sadalanmış sosial şəbəkələr vasitəsilə hər hansısa linkə daxil olan zaman açılmış səhifədə istifadəçinin bütün əməliyyatlarını izləyir. Bu məlumatı Felix Krause adlı kibertəhlükəsizlik mütəxəssisi vermişdi. İndi isə həmin şəxs bildirib ki, TikTok-a inteqrasiya edilmiş brauzerdə də izlənmə kodu aşkar edilib. Həmin kod istifadəçinin daxil olduğu hər bir veb səhifəyə inteqrasiya edilir. Nəticədə sözügedən izlənmə kodu virtual klaviatura vasitəsilə daxil edilən simvolları təyin edir və nəticədə əldə edilmiş məlumatları TikTok-un resurslarına ötürür.
        Felix Krause-nin sözlərinə əsasən TikTok-un iOS versiyası öz brauzeri üzərindən açılan bütün veb saytlarda daxil edilən mətnləri təyin edir. Bu cür mətnlər arasında şifrələr, bank kartlarının məlumatları və s. konfidensial məlumatlar ola bilər. Felix Krause TikTok administrasiyasının bu cür imkandan necə və hansı məqsədlərdə istifadə etdiyindən xəbərdar olmasa da, o, qeyd edib ki, bu, adətən zərərli proqram təminatlarının tərtibatçıları və operatorları tərəfindən istifadə edilən casusluq alətidir. Məsələnin mənfi tərəfi ondan ibarətdir ki, məşhur videoplatformada yerləşdirilmiş linklərə istifadəçi tərəfindən standart şəkildə seçilmiş brauzer vasitəsilə daxil olmaq mümkün deyil.
        Yəni bu cür imkanın seçilməsi özəlliyi TikTok-un ayarlarında yoxdur. Yeganə çıxış yolu linkləri kopyalayıb daha sonra onları ayrıca brauzerdə açmaqdır. TikTok administrasiyası öz növbəsində Felix Krause-nin bu bəyanatına reaksiya verib və bildirib ki, mütəxəssisin təqdim etmiş olduğu nəticələr doğru deyil və istifadəçilərdə yalnış fikirlər yaradır. TikTok təmsilçiləri qeyd ediblər ki, servisin sisteminə inteqrasiya edilmiş brauzerdəki kod sadəcə olaraq servisdəki səhvlərin aşkar edilməsi və onun ümumi performansının monitorinqi üçün istifadə edilir.
    Linki kopyala