main-post-cover

    TikTok bəzi çinli əməkdaşlarının amerikalı istifadəçilərin məlumatlarını əldə edə bildiklərini təsdiqləyib

    Təhlükəsizlik
    04.07.2022
    Farid Pardashunas
        Məşhur TikTok sosial şəbəkəsinin administrasiyası təsdiqləyib ki, servisin ABŞ-dan kənarda olan bəzi əməkdaşları həqiqətən də amerikalı istifadəçilərin konfidensial məlumatlarını əldə edə bilərlər. Bu cür bəyanat Vaşinqtonun növbəti narazılığına səbəb olub. TikTok-un sahibi olan ByteDance şirkəti 9 amerikalı senatorun sorğusuna cavab olaraq bəzi məsələlərə aydınlıq gətirməli olub. Həmin senatorlar öz sorğularında sözügedən sosial şəbəkənin bu çalışma prinsiplərinə aydınlıq gətirmək istəyiblər: Çinli əməkdaşların, amerikalı istifadəçilərin məlumatlarını əldə edə bilib-bilməmələri, həmin əməkdaşların, servisin alqoritmlərinin məsləhətlərinin formalaşmasında rolları və Çin hökumətinin amerikalı istifadəçilərin özəl məlumatlarından istifadə edib-etməmələri.
        TikTok-un general direktoru Shou Zi Chew bildirib ki, servisin bəzi əməkdaşları həqiqətən də amerikalı istifadəçilərin məlumatlarını əldə edə bilərlər. Lakin bu, həmin əməkdaşların təhlükəsizlik protokolu üzrə müəyyən yoxlanışlardan keçdiklərindən sonra baş verə bilər. Məlumatların özləri isə Çin hökumətinə ötürülmür və kibertəhlükələrdən qorunma üzrə ciddi nəzarət altındadırlar. Bundan əlavə olaraq sosial şəbəkə qeyd edib ki, o, məlumatların təhlükəsizliklərini yüksək səviyyədə təmin etmək yolunda ABŞ hökuməti ilə sıx əməkdaşlıq edir. TikTok-un bu bəyanatı amerikalı senatorların narazılıqlarına səbəb olub. Senator Marsha Blackburn qeyd edib ki, TikTok administrasiyasının təqdim etmiş olduğu açıqlama onların narahatlıqlarını təsdiqləyib. Senator həmçinin qeyd edib ki, sosial şəbəkə ilk əvvəldən bu məsələni açıqlamalı idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər