
Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, o, şirkətin müştəriləri ilə əməkdaşlarını əhatə edən konfidensial məlumatlara sahibdir. Aparılmış araşdırma çərçivəsində təyin edilib ki, konfidensial məlumatlar Tesla-nın iki əməkdaşının səhvi ucbatından sızıdırılmış və şirkətin 75 735 nəfər müştərisini əhatə etmiş ola bilər. Bu məlumatı Men ştatının baş prokurorunun ofisi yayıb.
Məlumatda qeyd edilib ki, məlumatları sızdırılmış müştərilərdən 9-u Men ştatında yaşayır və onların arasında Tesla-nın keçmiş və hal hazırki əməkdaşları var. Konfidensial məlumatların alman jurnalistlərin əllərinə keçməsinə səbəb olmuş iki əməkdaş qaydaların və şirkətin informasiya təhlükəsizliyi üzrə tələblərinin pozulmasında günahlandırılır. Məlumatda qeyd edilib ki, konfidensial məlumatların sızdırılmasına səbəb olmuş 2 əməkdaşa qarşı məhkəmə iddiaları qaldırılıb.