main-post-cover

    Telegram-ın yaradıcısı Pavel Durov: 'Whatsapp istənilən cihazı hackerlər üçün əlçatan edir'

    Təhlükəsizlik
    06.10.2022
    Farid Pardashunas
        Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda digər məşhur messencer barəsində fikirlərini bölüşüb. Söhbət, Whatsapp-dan gedir. Öz bloqunda Durov sözügedən messenceri sərt şəkildə tənqid edib. Onun sözlərinə əsasən hackerlər Whatsapp-ın təhlükəsizlik sistemindəki boşluqdan istifadə edərək istifadəçi cihazlarının yaddaşlarındakı məlumatları oğurlaya bilərlər.
        “Hackerin sizin smartfonunuzdakı məlumatları oğurlaması üçün etməli olduğu yeganə şey sizə Whatsapp üzərindən hansısa zərərli koda sahib videonu göndərmək və ya sizinlə videozəng vasitəsilə əlaqə yaratmaqdır. Mən insanları Telegram-a keçdi etməyə səsləmirəm. 700 milyon aktiv istifadəçi kütləsi və 2 milyon gündəlik abunəçi sayəsində Telegram əlavə reklama ehtiyac duymur. Siz ünsiyyət üçün istədiyiniz messencerdən istifadə edə bilərsiniz. Lakin Whatsapp-dan uzaq durun. O, artıq 13 ildir ki, casusluq aləti kimi istifadə edilir” - deyə Pavel Durov qeyd edib.
        Durov-un sözlərinə əsasən Whatsapp-ın təhlükəsizlik sistemindəki boşluq hələ 2017-ci ildə aşkar edilmişdi. O həmçinin güman edir ki, mövcud boşluq messencerə bilərəkdən əlavə edilmiş ola bilər. Əsas məqsəd isə istənilən istifadəçi cihazını əlçatan etməkdir. Qeyd etmək lazımdır ki, hələ bir neşə müddət bundan öncə Whatsapp tərtibatçıları messencerdə bəzi sistem boşluqlarının olduqlarını etiraf etmişdilər. Whatsapp təmsilçiləri Durov-un tənqidinə heç bir reaksiya verməsələr də bildiriblər ki, qeyd edilmiş boşluq messencerin son yenilənməsində aradan qaldırılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər