main-post-cover

    Telegram-ın yaradıcısı Pavel Durov ABŞ messencerlərini yenidən tənqid edib

    Təhlükəsizlik
    28.12.2021
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Signal messencerinin yaradıcısı Moxie Marlinspike Telegram-ı sərt şəkildə tənqid etmişdi. O bildirmişdi ki, Telegram-ın kibertəhlükəsizlik nöqteyi nəzərdən nüfuzu çox şişirdilib və hətta Whatsapp ilə Messenger ondan daha təhlükəsizdir. İndi isə Telegram-ın yaradıcısı Pavel Durov öz Telegram kanalında ABŞ messencerlərini sərt şəkildə tənqid edib. Öz tənqidində Durov FBI ilə bağlı keçən aykı sənədlərə istinad verib. Qeyd etmək lazımdır ki, həmin sənədlərdə müxtəlif messencerlərin FBI-ya hansı məlumatları ötürdükləri əks olunmuşdu. Durov qeyd edib ki, Telegram istifadəçi məlumatlarının daima qorunmasını həmişəki kimi təmin edir. Lakin Whatsapp kimi digər messencerlər istifadəçi məlumatlarını real zaman ərzində üçüncü tərəflərə ötürürlər.
        Həmin messencerlər dəfələrlə end-to-end şifrələnməsi barəsində danışsalar da öz platformaları daxilində olan mesajların tərkib hissələrini aşkara çıxarda bilirlər. Durov-un fikrincə bir çox messencerin yüksək səviyyəli konfidensiallığa zəmanət verməyi bacarmamasının əsas səbəbi ondan ibarətdir ki, onların tərtibatçıları ABŞ-da yaşayırlar. Həmin tərtibatçılar ABŞ hakimiyyətinin sifarişi ilə öz məhsullarına gizli backdoor-lar (alqoritmə qəsdən yerləşdirilmiş boşluq) inteqrasiya etməli olurlar. Bundan əlavə olaraq dəfələrlə məlumat ortaya çıxıb ki, xüsusi dövlət orqanlarının əməkdaşları məhkəmə qərarı olmadan da istifadəçi məlumatlarını əldə edə bilirlər.
        Bundan əlavə olaraq Durov şifrələmə alqoritmlərindən də danışıb. Onun bəyanatlarından belə qənaətə gəlmək olar ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) uzun illər ərzində məlumatların şifrələnmələri üçün nəzərdə tutulmuş beynəlxalq standartların hazırlanmasında aktiv şəkildə iştirak edib. Burdan da belə qənaətə gəlmək olar ki, NSA təmsilçiləri ümumi qəbul edilmiş qorunma üsulları vasitəsilə şifrələnmiş məlumatları əldə edə bilərlər. Bundan əlavə olaraq məlumatların şifrələnmələri üçün nəzərdə tutulmuş alternativ variantlar adətən qeyri-standart hesab edilirlər. Buna görə də bir çoxu həmin variantlardan istifadə etmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər