main-post-cover

    Telegram Almaniyada bəzi istifadəçilərin məlumatlarını güc strukturlarına ötürürmüş

    Təhlükəsizlik
    06.06.2022
    Emil Nəcəfov
        Almaniyanın Der Spiegel adlı saytının verdiyi məlumata əsasən Telegram rəhbərliyinin istifadəçi məlumatlarının konfidensiallıqlarına ciddi şəkildə riayət edilməsi bəyanatlarına baxmayaraq bəzi hallarda şirkət istifadəçilərin özəl məlumatlarını Almaniyanın Federal Cinayət Polis İdarəsinə (BKA) ötürüb. Məlumatda qeyd edilib ki, söhbət, uşaqların istismar edilmələrində və terrorçuluqda şübhəli bilinən istifadəçilərin məlumatlarının ötürülməsindən gedir. Güc strukturları təmsilçilərinin sözlərinə əsasən digər cinayət əməllərinin yerinə yetirilməsi halında Almaniyanın hüquq-mühafizə orqanları əvvəlki kimi Telegram-dan məlumatların əldə edilməsində çətinlik çəkirlər.
        Der Spiegel saytı qeyd edib ki, Telegram-ın dövlət strukturlarına istifadəçi məlumatlarını təqdim etməsi halı 2013-cü ildə təsis edilmiş eyniadlı şirkətin çox ehtiyyatlı şəkildə öz siyasət istiqamətini dəyişdiyindən xəbər verir. Qadağan edilmiş kontentlərin internetdə yayılmasını reallaşdırmış potensial qanun pozucularının özəl məlumatlarının təqdim edilməsi üzrə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən göndərilmiş sorğulara Telegram daha əvvəllər ümumiyyətlə cavab vermirdi. Uzun müddət ərzində Almaniyanın güc strukturları Telegram ilə ünsiyyət yarada bilmirdi. Belə ki, Almaniyada şirkət təmsilçisi və ya Telegram-la əlaqə yarada biləcək hər hansısa digər şəxs mövcud deyildi. Telegram isə öz bəyanatlarında əksini deməkdə davam davam edir: “Bu günə qədər biz, istifadəçi məlumatlarını heç bir üçüncü tərəfə ötürməmişik. Bura həmçinin dövlətlər də daxildirlər” - deyə Telegram bəyanatında qeyd edilib.
    Linki kopyala