main-post-cover

    Tədqiqatçılardan biri peyk internetini hack etməyi bacarıb: O bunu necə edib?

    Təhlükəsizlik
    08.08.2020
    Farid Pardashunas
        Heç sirr deyil ki, hackerlər kompüterləri hack edə bilirlər. Lakin çox az adam düşünür ki, məlumatları kompüterə çatmamış da oğurlamaq mümkündür. Məsələn məlumatın peykdən istifadəçi cihazına ötürülməsi zamanı. Oksford Universitetindən olan tədqiqatçı bunun göründüyü kimi elə də çətin iş olmadığını sübut edib. Bununla belə hackerin bunu reallaşdırması üçün hansısa təchizata külli miqdarda vəsait xərcləməsinə də ehtiyac qalmayacaq. Bu barədə Zdnet.com saytı xəbər verib. İlk görünüşdən peyki hack etmək qeyri mümkün bir şeydir.
        Lakin məlum olub ki, bunu etmək üçün sadəcə olaraq peykin Yer kürəsinin orbitindəki yerini təyin etmək, anteni ona tərəf yönəltmək və məlumatların yazılması üçün nəzərdə tutulmuş proqram təminatını işə salmaq lazımdır. Antenin və onun üçün nəzərdə tutulmuş resiverin alınmasına isə sadəcə olaraq 300$ vəsait xərcləmək lazımdır. Məsələ burasındadır ki, peykdən ötürülən məlumatın böyük bir hissəsi şifrələnməmiş şəkildə olur. Trafikin qorunması isə bağlantı sürətini azaldır. Oksford Universitetindən olan James Pavur məhz bundan yararlana bilib.
        O bu üsul ilə məlumatların əldə olunması barədə Black Hat 2020 adlı konfransda danışıb. Təcrübə çərçivəsində tədqiqatçı müxtəlif növ konfidensial məlumatı əldə edə bilib. Onların arasında dəniz gəmilərinin identifikatorları, təyyarələrdə Wi-Fi istifadəçilərinin və hüquq firmasının müştərilərinin özəl məlumatları olub. Tədqiqatçı qeyd edib ki, o, bu məlumatları paylaşmaq və ya hack prosesinin təfərrüatlarını kiməsə danışmaq niyyətində deyil. Onun sözlərinə əsasən peyk interneti sistemində irimiqyaslı dəyişikliklər edilməlidir. Həmin vaxta kimi isə hər bir şəxs öz məlumatlarının aqibəti barəsində düşünməli və narahat olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər