main-post-cover

    Starlink peyk interneti 25 dollarlıq təchizat vasitəsilə hack edilib

    Təhlükəsizlik
    14.08.2022
    Emil Nəcəfov
        Tesla elektromobilini hack edərək məşhurluq qazanmış Lennert Wouters adlı mühəndis bu dəfə də fərqlənməyi bacarıb. Belə ki, bu dəfə o, Starlink peyk internetini hack etməyi bacarıb. Bununla belə bunu reallaşdırmaq üçün o, ümumi dəyəri 25$ olan təchizatdan istifadə edib. Peyk internetinin hack edilməsindən öncə mühəndis Starlink dəstinə daxil olan Dishy McFlatface adlı anteni hissələrə ayırıb. Daha sonra o, hissələrə ayrılmış antendə hardware səviyyəsində boşluqlar aşkar edərək həmin boşluqlardan istifadə edən plata hazırlayıb. Bütün bunların reallaşdırılması üçün elektronika mağazasından ümumilikdə 25$-a əldə edilmiş komponentlər kifayət edib. 
    Hissələrə ayrılmış Dishy McFlatface anteni:
        Lennert-in sözlərinə əsasən onun hazırladığı cihaz Starlink terminalına root keçidi reallaşdırmağa imkan verir. Bu isə o deməkdir ki, o, istifadəçinin şəbəkədəki istənilən məlumatını əldə edə bilər. Mühəndis hardware səviyyəsində olan bu boşluq barəsində məlumatı SpaceX şirkətinə hələ 2021-ci ildə bildirmişdi. Həmin vaxtda şirkət boşluğun aşkar edilməsinə görə Lennert-ə ödəniş etmiş və sistem yenilənməsini istifadəyə vermişdi. SpaceX təmsilçisinin sözlərinə əsasən boşluqdan istifadə etmək üçün mütləq şəkildə Dishy McFlatface antenini hissələrə ayırmaq lazımdır. Buna görə də bu və ya digər istifadəçinin məlumatlarını gizli şəkildə əldə etmək mümkün deyil.
    Lennert tərəfindən hazırlanmş fərdi plata:
    Linki kopyala