main-post-cover

    Son günlərdə aktiv olan Lapsus$ hacker qruplaşmasının faəliyyətində şübhəli bilinən 7 nəfər həbs edilib

    Təhlükəsizlik
    24.03.2022
    Emil Nəcəfov
        Böyük Britaniyanın hüquq-mühafizə orqanları son günlərdə aktivlik sərgiləmiş Lapsus$ adlı hacker qruplaşmasının fəaliyyətində şübhəli bilinən 7 nəfəri həbs ediblər. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaması son zamanlarda Samsung, NVIDIA, Microsoft Vodafone şirkətlərinə qarşı kiberhücum reallaşdırıb. Hələ dünən məlumat ortaya çıxmışdı ki, Lapsus$ hacker qruplaşmasına rəhbərlik edən şəxs əslində İngiltərənin Oksford şəhərinin 16 yaşlı yeninetmə sakini ola bilər.
        Mütəxəssislərin fikirlərinə əsasən həmin 16 yaşlı yeniyetmə sözügedən hacker qruplaşmasına rəhbərlik edir və onun üzvlərini ideoloji səviyyədə ilhamlandırır. Məlumata əsasən Böyük Britaniyanın hüquq mühafizə orqanları hacker qruplaşmasının fəaliyyətində şübhəli bilinən 7 nəfəri araşdırmaqla məşğuldur. “16-21 yaş arası şəxslər həbs edilib. London polisi hacker qruplaşması ilə əlaqə məsələsi ilə bağlı şübhəli bilinən şəxslər barəsində araşdırma aparır” - deyə hüquq-mühafizə orqanları qeyd ediblər. Daha sonra məlumat verilib ki, saxlanılmış 7 nəfər şəxs azadlığa buraxılsa da onlar nəzarət altındadırlar.
    Linki kopyala