main-post-cover

    Saytların 80%-dən çoxu istifadəçi məlumatlarını üçüncü tərəflərə ötürür

    Təhlükəsizlik
    09.09.2022
    Farid Pardashunas
        Norton Labs şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri milyona yaxın müxtəlif saytın iş prosesini analiz ediblər. Bu üsul ilə onlar tərtibatçıların, istifadəçilərin konfidensial məlumatları ilə necə rəftar etdiklərini öyrənmək istəyiblər. Məlum olub ki, yoxlanılmış hər 10 saytdan 8-i istifadəçilərin konfidensial məlumatlarını üçüncü tərəflərə ötürür. Üçüncü tərəflər qismində isə reklam agentlikləri çıxış edirlər. Saytların iş proseslərini analiz etmək üçün mütəxəssislər avtomatlaşdırılmış rejimdə çalışan Chrome brauzer əsaslı axtarış botunu yaradıblar. Sözügedən bot milyona yaxın saytda mövcud olan axtarış sistemi vasitəsilə bütün veb trafiki yığıb.
        Bu üsul ilə bot istifadəçilərin axtarış sorğularının kimə və ya hara göndərildiyini təyin edib. Nəticədə məlum olub ki, analiz edilmiş saytların 81.3%-i istifadəçilərin axtarış sorğularını bu və ya digər formatda üçüncü tərəflərə ötürür. Bu cür saytların siyahısına dünyanın ən böyük tibbi portallarından biri olan WebMD CNN xəbər agentliyi daxildir. Yığılmış veb trafikin analizi onu göstərib ki, istifadəçilərin axtarış sorğuları Google və reklam sahəsində fəaliyyət göstərən digər şirkətlərə ötürülür. Məsələn əgər istifadəçi hər hansısa bir saytda bu və ya digər məhsulu axtarırsa, reklam agentlikləri artıq bu barədə məlumat əldə edirlər. Nəticədə axtarışı reallaşdıran istifadəçi axtardığı məhsul barədə reklam elanlarını müxtəlif veb resurslarda görür.
        Belə bir vəziyyətin olduğu halda mütəxəssislər sözügedən saytların, istifadəçilərin axtarış sorğularını üçüncü tərəflərə ötürülməsi barəsində bildirişi istifadəçilərə təqdim edib-etmədiyini öyrənməyə çalışıblar. Bunun üçün mütəxəssislər bir çox sayt üçün məcburi olan konfidensiallıq siyasətini incələyiblər. Bu istiqamətdə onlar eyni botdan istifadə ediblər. Həmin bot öz növbəsində analiz edilmiş saytlarda konfidensiallıq siyasəti ilə bağlı olan bütün sənədləri analiz edib. Məlum olub ki, analiz edilmiş saytların yalnız 13%-i axtarış sorğularının emal edilməsi barəsində dolğun bildirişi istifadəçilərə təqdim edir. Analiz edilmiş saytların 75%-i isə bu barədə məlumatı istifadəçiyə səthi olaraq çatdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər