main-post-cover

    Qualcomm şirkətinin çiplərində 400-dən çox boşluq aşkar edilib

    Təhlükəsizlik
    10.08.2020
    Emil Nəcəfov
        Statistikaya əsasən Qualcomm şirkətinin məhsulları mobil cihazlar bazarının 40%-ni əhatə edir. Check Point saytının təhlükəsizlik üzrə mütəxəssisləri Qualcomm istehsalı olan mikrosxemlərin geniş yoxlanışını aparandan sonra gözlənilməz nəticələrə gəlib çıxıblar. Belə ki, yoxlanış çərçivəsində mütəxəssislər Qualcomm məhsullarının kodlarında 400-dən çox boşluq aşkar ediblər. Bu barədə Slashgear saytı xəbər verib. Sözügedən problem mobil platformaların əsasında olan rəqəmsal siqnal prosessorlarına (DSP) toxunub. Bu komponent bir çox funksiyaları yerinə yetirən aparat və proqram təminatlarını özündə birləşdirir.
        Yerinə yetirilən funksiyalara həmçinin şarj prosesi və multimedia imkanları (video, audio, təsvirin emal olunması və AR) da daxildirlər. Check Point mütəxəssislərin gəldikləri nəticələrə əsasən bu sistem boşluqları hackerlərin istifadəçilər ilə heç bir qarşılıqlı əlaqədə olmamaları halında da smartfonlar üzərində idarəetməni rahatlıqla ələ keçirmələri imkanını yaradırlar. Məsələn müəyyən şərtlərdə hackerlər real zaman ərzində smartfonun mikrofonu vasitəsilə səsləri yaza, danışıqları dinləyə, smartfon yaddaşından media faylları oğurlaya və istifadəçinin yerləşdiyi yer barəsində məlumatları əldə edə bilərlər.
        Bundan əlavə olaraq hackerlər smartfonda olan kontaktları, foto, video və digər məlumatları deaktiv edə bilərlər. Bununla yanaşı xüsusi zərərli proqram təminatı və kodlar vasitəsilə onlar hack prosesinin olduğunu gizlədə də bilərlər. Qualcomm şirkəti bu sistem boşluqlarının olduğunu təsdiqləməsə də onların mövcudluğunu təkzib etməyb. Qualcomm istifadəçilərə tez bir zamanda öz cihazlarını yeniləməyi və proqram təminatını yalnız rəsmi resurslardan yükləməyi məsləhət görüb. 
    Linki kopyala