main-post-cover

    Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

    Təhlükəsizlik
    23.07.2021
    Emil Nəcəfov
        Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib. Ortaya çıxmış bu virusun aşkar edilməsi bir qədər qəliz məsələdir. Lakin onun ən maraqlı tərəfi ondan ibarətdir ki, o, əsasən hack edilmiş oyunlar və digər tətbiqlərin istifadəçilərinə hücum edir. Başqa sözlə desək, bu yeni virus pirat tətbiqləri sevənlərin kompüterlərinə yoluxur. Mütəxəssislərin təqdim etmiş olduqları hesabata əsasən MosaicLoader adlı bu yeni virus əsasən pirat tətbiqlərin yüklənməsi mövzusunda olan axtarış sorğularının nəticələrindəki reklam linklərindən kompüterə keçid edir. Kompüterin sisteminə daxil olandan sonra virus cookie fayllarını oğurlayır və onları istifadəçinin sosial şəbəkələrdəki hesablarının hack edilməsində istifadə edir.
        Bununla yanaşı bu virus həmçinin kompüterə mayninq tətbiqlərini və digər zərərli proqram təminatının inteqrasiyası üçün backdoor yükləyir. Mayninq tətbiqlər isə kompüterin yüklənməsinə səbəb olurlar və nəticədə onun iş sürəti daha da aşağı düşür. MosaicLoader lisenziyalı tətbiqləri imitasiya edən faylları yaratmaq bacarığı sayəsində kibertəhlükəsizlik üzrə mütəxəssislərdən yan keçə bilir. Mütəxəssislər qeyd ediblər ki, pirat tətbiqlərdən istifadə etməyən istifadəçilər də bu virusdan sığortalanmayıblar. Onlar həmçinin kompüterlərin qorunması üçün istifadəçilərə aktual olan antivirus versiyalarından istifadə etməyi məsləhət görüblər.
    Linki kopyala