Pegasus adlı məşhur casus tətbiqi İspaniyanın baş və müdafiə nazirinin smartfonlarında aşkar edilib

Pegasus adlı məşhur casus tətbiqi İspaniyanın baş və müdafiə nazirinin smartfonlarında aşkar edilib

Kibertəhlükəsizlik
03.05.2022 PAYLAŞIM

    İsrailin NSO Group şirkətinin Pegasus adlı məşhur casus tətbiqi İspaniyanın baş naziri Pedro Sanchez və müdafiə naziri Margarita Robles-in smartfonlarında aşkar edilib. Bu barədə Reuters saytı hökumət aparatı rəhbəri Felix Bolanos-un bəyanatına istinadən verib. Məlumata əsasən baş nazir Pedro Sanchez-in smartfonu 2021-ci ilin may ayında hack edilib. Nəticədə smartfondan konfidensial məlumatlar oğurlanıb. Bununla belə Felix Bolanos öz bəyanatında sözügedən hadisənin arxasında kimin və ya kimlərin dayandığı barəsində məlumat verməyib. Müdafizə naziri Margarita Robles-in smartfonunun isə nə zaman hack edildiyi qeyd edilməyib. “Sözügedən müdaxilələr qeyri-qanuni və xarici olublar. Xarici dedikdə isə o nəzərdə tutulur ki, həmin müdaxilələr qeyri-rəsmi və hökumət icazəsi olmadan reallaşdırılıb” - deyə Felix Bolanos qeyd edib.

    O həmçinin qeyd edib ki, baş vermiş bu hadisələr barəsində məlumatlar Ədliyyə Nazirliyinə ötürülüb. Ədliyyə Nazirliyi isə öz növbəsində bu hadisələrin istintaqına başlamağa və onlarla bağlı cinayət işinin açılmasına hazırlaşır. Məlumatda qeyd edilib ki, yüksək vəzifəli ispan rəsmilərinin danışıqlarının dinlənilməsi xəbəri İspaniyanın hal hazırki hakimiyyətinə olan ictimai-siyasi təzyiqin fonunda ortaya çıxıb. Hal hazırda olan ictimai-siyasi təzyiq çərçivəsində hakimiyyətdən Pegasus casus tətbiqinin onlarla katalonlunun izlənməsində istifadəsi ilə bağlı məsələnin aydınlaşdırılması tələb edilir. Qeyd etmək lazımdır ki, katalonların Pegasus vasitəsilə izlənmələri barəsində məlumatı Kanadanın Citizen Lab. adlı təşkilatı vermişdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


5 milyondan çox Twitter istifadəçisinin məlumatları hacker forumunda satışa çıxa..

Hacker forumlarından birində internet istifadəçilərinin özəl məlumatlarını özündə birləşdirən növbət..


Minlərlə Xiaomi, Samsung, Google və OPPO smartfonları ciddi sistem boşluğuna sah..

İnformasiya təhlükəsizliyindən cavabdeh olan Google Project Zero komandası Google, Samsung, Xiaomi v..


Whatsapp istifadəçilərinin 400 milyondan çox nömrəsi hackerlər tərəfindən satışa..

Cybernews saytının verdiyi məlumata əsasən Whatsapp-dakı hesablara bağlı olan aktual nömrələrin daxi..


Google Play-də Android cihazlar arasında Sharkbot adlı bank troyanını yayan yeni..

Google Play-də yeni zərərli Android tətbiqlər aşkar edilib. Bu dəfə aşkar edilmiş zərərli tətbiqlər ..


iPhone-nun konfidensial olması mifdir: Apple hər bir istifadəçisinin kimliyini t..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər olan Tommy Mysk və Talal Haj Bakry bir neçə müddət bundan öncə..


macOS-dəki virus yoluxmalarının 50%-i bir tətbiqin ucbatından baş verir

Elastic Security Labs şirkətinin mütəxəssisləri 2022 Global Threat Report adlı tədqiqatı təqdim edib..

×