main-post-cover

    OnePlus, Xiaomi və Realme smartfonları çoxlu sayda istifadəçi məlumatını yığırlar

    Təhlükəsizlik
    10.02.2023
    Farid Pardashunas
        Böyük Britaniya və İrlandiyadan olan mütəxəssislərin tədqiqatlarına əsasən OnePlus, Xiaomi Realme şirkətinin Çin bazarı üçün nəzərdə tutulmuş smartfonları daimi şəkildə istifadəçi məlumatlarının yığılması ilə məşğul olurlar. Məlumatda qeyd edilib ki, yığılan istifadəçi məlumatları daha sonra smartfonlar tərəfindən istehsalçıların və onların partnyorlarının mənbələrinə göndərilir. Tədqiqat çərçivəsində mütəxəssislər Çində məşhur olan olan 3 brendin (OnePlus, Xiaomi və Realme) smartfonlarına quraşdırılmış Android tətbiqləri test ediblər. Tədqiqatı aparmış şəxslər istifadəçilər tərəfindən smartfonlara quraşdırılan kənar proqram təminatlarından imtina ediblər. Bununla yanaşı onların tədqiqatlarında elə bir şərait yaradılıb ki, nəzəri cəhətdən istifadəçi analitikadan və personallaşdırılmış məlumatlardan imtina edib, bulud yaddaşdan və kənar xidmətlərdən istifadə etmir və o cümlədən istehsalçının platformasında istifadəçi hesabı yaratmayıb.
        Nəticədə məlum olub ki, hətta bütün bu proeslərin yerinə yetirilməsi halında də istifadəçi məlumatlarının konfidensiallıqlarının qorunmasına zəmanət verilmir. Çin bazarı üçün nəzərdə tutulmuş smartfonlar özlərində 30 ədəd kənar sistem paketini birləşdirirlər. Onların arasında giriş və naviqasiya sistemləri, müxtəlif videoservislər, ticarət platformaları və xəbər resursları var. Mütəxəssislər təyijn ediblər ki, hətta smartfonları sərt şəkildə məhdudlaşdıranda da onlar çoxlu sayda istifadəçi məlumatını istehsalçıların, Baidu kimi kənar xidmət partnyorlarının və mobil şəbəkə operatorlarının resurslarına göndərirlər. Bununla belə göndərilmiş məlumatlar vasitəsilə istifadəçinin kimliyini də təyin etmək mümkündür. Yığılan məlumatlar arasında cihazların identifikatorları (həmçinin IMEI və MAC ünvan), cihazların yerləşdikləri yerlərin identifikatorları (peyk naviqasiyası daxil), istifadəçilərin profilləri (mobil nömrələr, tətbiqlərdən istifadə statistikaları, kənar tətbiqlərin məlumatları) və sosial əlaqələr (zənglərin və mesajların tarixçələri, kontaktlar siyahısı) var.
        Məsələn Xiaomi smartfonlarında Settings, Notes, Recorder, Phone, Messages Camera tətbiqlərini işə salan zaman smartfonlar “tracking.miui.com/track/v4” ünvanına POST sorğular göndərirlər. Bu, hətta istifadəçinin cihazdan istifadə və diaqnostika məlumatlarının istehsalçıya göndərilməsindən imtina etməsi halında da baş verir. Mütəxəssislər həmçinin qeyd ediblər ki, Çin bazarı üçün nəzərdə tutulmuş smartfonların bu özəllikləri hətta istifadəçilərin xaricə səfərləri zamanı da dəyişmir. Çin bazarında satılan smartfonlara istehsalçılar tərəfindən 3-4 dəfə daha çox tətbiq quraşdırılır və həmin tətbiqlər digər ölkələrdəki istifadəçilərin smartfonlarındakı tətbiqlərdən fərqli olaraq daha çox sistem icazəsinə sahibdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər