main-post-cover

    Müxtəlif VPN servislərin ümumilikdə 21 milyon istifadəçisinin konfidensial məlumatları internetə sızdırılıb

    Təhlükəsizlik
    12.05.2022
    Emil Nəcəfov
        VPN Mentor adlı İT şirkətin mütəxəssisləri müxtəlif VPN servislərinin ümumilikdə 21 milyon istifadəçisinin konfidensial məlumatlarını özündə birləşdirən məlumatlar bazasını internetdə açıq şəkildə aşkar ediblər. Aşkar edilmiş məlumatlar bazasında 3 məşhur pulsuz VPN servisinin istifadəçilərinin məlumatları var. Mütəxəssislər tərəfindən təqdim edilmiş hesabata əsasən sözügedən məlumatlar bazası hələ keçən il darknetdə satışa çıxarılmışdı. Bir neçə müddət bundan öncə isə həmin məlumatlar bazası pulsuz şəkildə internetdə yayılmağa başladı. Sözügedən məlumatlar bazasında GeckoVPN, SuperVPN ChatVPN servislərinin istifadəçilərinin məlumatları mövcuddur.
        Konfidensial məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları, servislərdə istifadə edilən ləqəbləri və əsl adları, yerləşdikləri ökələr, generasiya edilmiş şifrələri, ödəniş məlumatları və istifadə etdikləri premium abunəliklərin bitmə tarixləri var. Mütəxəssislərin sözlərinə əsasən hackerlər bu cür məlumatlar bazasının köməyi ilə istifadəçilərin konfidensial məlumatları üzərindən elektron poçt vasitəsilə fişinq və dələduzluq məktubları göndərə bilərlər. Bundan əlavə olaraq hackerlər həmin məlumatlardan istifadə edərək müəyyən istifadəçinin hesabını ələ keçirdə və onun hesabına premium imkanladan yararlana bilərlər. Adları sadalanmış VPN servislərin istifadəçilərinə tez bir zamanda həmin servislərdəki istifadəçi hesablarının şifrələrini dəyişmək məsləhət görülür. Bundan əlavə olaraq həmin istifadəçilər şübhəli bilinən istənilən SMS və ya elektron poçt məktubunu rədd etməlidirlər.
    Linki kopyala