Microsoft Defender artıq jailbreak edilmiş iPhone-ları təyin etməyi bacarır

Microsoft Defender artıq jailbreak edilmiş iPhone-ları təyin etməyi bacarır

Kibertəhlükəsizlik
17.06.2021 PAYLAŞIM

    Microsoft şirkəti jailbreak prosesindən keçmiş iOS cihazları təyin etmək imkanını özünün Defender antivirus sisteminə daxil edib. Qeyd etmək lazımdır ki, söhbət, Microsoft Defender for Endpoint-dən gedir. Bu isə Windows 10-dakı Defender antivirusunun korporativ versiyasıdır. Bundan sonra təşkilatlarda və ya şirkətlərdə çalışan təhlükəsizlik işçiləri jailbreak edilmiş iPhone və iPad cihazları barəsində bildirişi Defender vasitəsilə əldə edə biləcəklər. “Əgər jailbreak prosesindən keçmiş hər hansı bir cihaz aşkar edilərsə, Microsoft 365 Defender təhlükəsizlik komandası bu barədə bildiriş əldə edəcək. Cihazın özü isə əlavə risk kimi qəbul ediləcək. Bu halda həmin cihazın korporativ resurslara daxil olma imkanını bloklamaq mümkün olacaq” - deyə Microsoft mütəxəssisləri qeyd ediblər.

    Bu cür cihazları təyin etmək qərarı çox məntiqlidir. Belə ki, jailbreak vasitəsilə istifadəçilər root imtiyazlara sahib olurlar. Başqa sözlə desək, Apple tərəfindən qəbul edilmiş məhdudlaşdırıcılar jailbreak sayəsində aradan qalxır. Bura əməliyyat sisteminin təkmilləşdirilməsi və hətta kənar resurslardan sistemə tətbiqlərin yazılması da daxildir. Qeyd etmək lazımdır ki, Apple bu cür prosesləri qadağan edir. Nəticədə istifadəçi öz cihazına potensial təhlükəli tətbiqləri yaza bilər. Lakin ən pis hal ondan ibarətdir ki, jailbreak prosesindən keçmiş cihaz rəsmi təhlükəsizlik yenilənmələrini əldə etmir. Bu cür cihazlar təşkilatlar və şirkətlər üçün əlavə təhlükə mənbəyinə çevrilirlər. Belə ki, onlar məlumat sızıntısına və korporativ şəbəkənin hack edilməsinə səbəb ola bilərlər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib.


Azercell Telekom MMC-dən xəbərdarlıq!

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən ..


Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus ..

Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri v..


Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-ist..

2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblə..


İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itirib..

Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağl..


Google şirkəti istifadəçilərin xəbərləri olmadan onların danışıqlarını dinlədiyi..

India Today nəşriyyatının verdiyi məlumata əsasən Google təmsilçiləri şirkət əməkdaşlarının istifadə..

×