Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Kibertəhlükəsizlik
06.09.2021 PAYLAŞIM

    Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni proqram təminatının ortaya çıxdığını elan etmişdi. Belə ki, sözügedən zərərli proqram təminatı videokart yaddaşına daxil olur və sistem ilə antivirus tətbiqləri tərəfindən aşkar edilə bilmir. Videokartlardakı boşluqlar vasitəsilə kompüterlərin hack edilməsi prosesini reallaşdıran zərərli proqram təminatı barəsində ilk məlumat 8 avqust tarixində ortaya çıxmışdı. Məhz həmin vaxtda hacker xüsusi forum vasitəsilə bu proqram təminatının ondan alınmasını təklif edirdi.


    25 avqust tarixində isə hacker bildirmişdi ki, zərərli proqram təminatı artıq satılıb. Bu isə o deməkdir ki, biz yaxın zamanda hətta aşkar edilməsi mümkün olmayan kiberhücumların şahidi olacağıq. Bu proqram təminatının hack prosesi barəsində məlumat hələ çox azdır. Məlum olan odur ki, virus qrafik prosessorun yaddaş buferindəki ünvan mühitinə daxil olur. Daha sonra virus məhz həmin yerdə gizlənərək kiberhücumlar reallaşdırır.

    Belə ki, müasir antivirus tətbiqləri qrafik prosessorun yaddaş buferindəki ünvan mühitini skan etmək qabiliyyətinə sahib deyillər. Bununla yanaşı məlumdur ki, bu üsul OpenCL 2.0 və daha yüksək versiyaların dəstəklərinə sahib Windows əməliyyat sistemində çalışır. Videokartların siyahısı isə hələ geniş deyil. Hal hazırda bu virusun daxil ola biləcəyi videokartların siyahısı belədir: Radeon RX 5700, GeForce GTX 740M GeForce GTX 1650. Bura həmçinin kompüterlərə inteqrasiya edilmiş Intel UHD 620/630 qrafikaları da daxildirlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu ..


Dələduzlar deepfake texnologiya vasitəsilə bankdan 35 milyon dollar oğurlayıblar..

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmir..


Android əməliyyat sistemi çoxlu sayda konfidensial məlumatı kənar serverlərə ötü..

Edinburq Universitetinin və Dublin Triniti Kollecinin tədqiqatçıları Android cihazların çoxlu sayda ..


Tarixin ən böyük məlumat sızıntısı: Hackerlər milyardlarla istifadəçi mesajını ə..

Dünyanın ən böyük telekommunikasiya operatorlarından biri olan Syniverse şirkəti özünə qarşı olmuş b..


Android üçün olan yeni zərərli proqram təminatı vaksinasiya ilə bağlı SMS mesaj ..

Android üçün nəzərdə tutulmuş daha bir zərərli proqram təminatı mətnli mesajlar vasitəsilə yayılır...


Hackerlər Twitch-i hack edərək servisin konfidensial məlumatlarını oğurlayıblar..

Hackerlər məşhur Twitch servisini hack edərək internetə 125 GB həcmində məlumatlar bazasını yerləşdi..

×