main-post-cover

    Kiberhücumlar nəticəsində internetin saatlarca deaktiv olması iqtisadiyyata nə dərəcədə zərər vura bilər?

    Təhlükəsizlik
    24.05.2021
    Farid Pardashunas
        Son illərdə kiberhücumların saylarının artması belə bir sual yaradır. Hackerlərin kiberhücumları nəticəsində internetin 1, 2 və hətta 24 saat ərzində deaktiv olması iqtisadiyyata nə dərəcədə zərər vura bilər? Böyük Britaniyanın Merchant Machine adlı şirkəti irimiqyaslı kiberhücum nəticəsində internet bağlantısında yaranacaq problemlərin fonunda iqtisadi itkilərin nə dərəcədə böyük olacaqlarını hesablayıb. Mütəxəssislər bu cür proqnozlar veriblər: Əgər internet 1 saat ərzində deaktiv olsa, bu, iqtisadiyyata 2.1 milyard dollar dəyərində, 24 saat ərzində deaktiv olsa 51 milyard dollar dəyərində zərər vura bilər.
        Mütəxəssislər qeyd ediblər ki, konkret ökənin iqtisadiyyatı nə qədər böyükdürsə, itkilər də bir o qədər böyük olacaqlar. Məsələn, internetin 1 saatlıq deaktiv olması nəticəsində ABŞ iqtisadiyyatı 306.3 milyon dollar, 24 saatlıq deaktiv olması nəticəsində isə 7.3 milyard dollar itirəcək. Çinə gəldikdə isə o, 1 saat ərzində 244 milyon dollar, 24 saat ərzində isə 5.8 milyard dollar itirəcək. Eyni məntiqlə böyük şirkətlər də ciddi vəsait itkilərinə sahib olacaqlar. Məsələn Amazon 1 saat ərzində 44 milyon dollar, Instagram servisi isə 53 milyon dollar itirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər