main-post-cover

    İstifadəçilərin pullarını oğurlayan Joker troyanına sahib yeni Android tətbiqlər aşkar edilib

    Təhlükəsizlik
    25.08.2021
    Farid Pardashunas
        Google Play-də silinmiş saxta tətbiqlərə baxmayaraq mütəxəssislər bu platforma vasitəsilə yayılmış ənənəvi Android troyanını aşkar ediblər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər troyanın yayılmasına səbəb olan tətbiqlərin siyahısını tərtib ediblər. Siyahıya daxil olmuş tətbiqlər arzuolunmaz abunəliklər vasitəsilə pul vəsaitlərinin itirilməsinə səbəb olurlar. Abunəliklər isə istifadəçilərin xəbərləri olmadan reallaşdırılır. Android cihazlarda yayılmış Joker adlı troyan barəsində məlumatı Quick Heat Security Lab şirkəti verib. Mütəxəssislər bildiriblər ki, onlar Joker virusu ilə yoluxmuş 8 Android tətbiqi aşkar ediblər. Həmin tətbiqlər aşağıdakılardır:
    - Auxiliary Message
    - Element Scanner
    - Fast Magic SMS
    - Free CamScanner
    - Go Messages
    - Super Message
    - Super SMS
    - Travel Wallpapers.
        Bundan əlavə olaraq Zscaler şirkətinin mütəxəssisləri zərərli koda sahib olduqları güman edilən 16 Android tətbiqin siyahısını təqdim ediblər. Bu siyahıya daxil olan tətbiqlər aşağıdakılardır:
    - Private SMS
    - Hummingbird PDF Converter — Photo to PDF
    - Style Photo Collage
    - Tlent Photo Editor — Blur focus
    - Paper Doc Scanner
    - All Good PDF Scanner
    - Care Message
    - Part Message
    - Blue Scanner
    - Direct Messenger
    - One Sentence Translator — Multifunctional Translator
    - Mint Leaf Message — Your Private Message
    - Unique Keyboard — Fancy Fonts & Free Emoticons
    - Tangram App Lock
    - Desire Translate
    - Meticulous Scanner.
        Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər istifadəçilərə bu tətbiqləri öz smartfonlarına quraşdırmamağı məsləhət görüblər. Əks halda onlar vəsait itkisi ilə qarşılaşa bilərlər. Sözügedən tətbiqlərdən hər hansı birini istifadə edən istifadəçilər isə tez bir zamanda tətbiqi silməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər