main-post-cover

    iOS və iPadOS-in yeni versiyalarında ciddi sistem boşluğu aşkar edilib

    Təhlükəsizlik
    31.10.2022
    Farid Pardashunas
        iOS 16.1 əməliyyat sistemi özündə bir sıra yenilikləri birləşdirir və həmin yeniliklər istifadəçilərə təqdim olunan imkanları genişləndirirlər. Lakin Hindistanın İnformasiya Texnologiyaları Nazirliyinin sözlərinə əsasən iOS 16.1 iPadOS 16 kimi olan versiyalar kiberhücumlar üçün istifadə edilə biləcək sistem boşluğuna sahibdirlər və həmin boşluq vasitəsilə reallaşdırılan kiberhücumlar nəticəsində hackerlər istifadəçilərin özəl məlumatlarını əldə edə bilərlər. Mövcud problem barəsində məlumatı Hindistanın İnformasiya Texnologiyaları Nazirliyinə daxil olan xüsusi qrup tərəfindən verilib. Nazirliyin tərkibində fəaliyyət göstərən xüsusi qrup kompüter mövzusunda olan fövqəladə vəziyyətlərə reaksiya verən qrupdur.
        Beləliklə mütəxəssislərin verdikləri məlumata əsasən iOS (16.1 də daxil olmaqla) ilə iPadOS-in bəzi versiyaları özlərində sistem boşluğunu birləşdirirlər və həmin sistem boşluğu vasitəsilə hackerlər uzaqdan DoS hücumlar reallaşdıraraq istifadəçilərin özəl məlumatlarını əldə edə bilərlər. Mütəxəssislərin hesabatlarına əsasən CVE-2022-42827 identifikatorlu sistem boşluğu sayəsində hackerlər iPhone 8 və ondan sonrakı bütün iPhone modellərini, bütün iPad Pro modellərini, iPad Air 3 və ondan sonrakı bütün iPad Air modellərini və o cümlədən 5-ci nəsil də daxil olmaqla 5-ci nəslə kimi olan digər bütün iPad iPad mini modellərini uzaqdan hack edə bilərlər. Sözügedən əməliyyat sistemlərindəki boşluqdan istifadə etmək üçün bu və ya digər hackerə sadəcə olaraq istifadəçini xüsusi fayl və ya tətbiqi yükləməyə məcbur etmək kifayət edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər