main-post-cover

    iOS tətbiqlər iPhone-nun təhlükəsizlik sistemindən yan keçərək istifadəçilər üzərində casusluq edirlər

    Təhlükəsizlik
    24.09.2021
    Emil Nəcəfov
        Apple istifadəçilər üzərində casusluqla mübarizə məsələsində artıq dəfələrlə iOS-in konfidensiallıq siyasətini sərtləşdirib. Lakin reklam elanlarından gəlir əldə edən tətbiqlərin tərtibatçıları da yerlərində durmurlar. Apple şirkətinin keçmiş əməkdaşlarından birinin sözlərinə əsasən həmin tərtibatçılar istənilən halda cihazın istifadəçisi barəsində məlumatları əldə edirlər. Apple şirkətinin keçmiş mühəndisi Johnny Lin-in sözlərinə əsasən iOS tətbiqlərin konfidensial məlumatları yığmaları özəlliyindən imtina istifadəçilərdə saxta təhlükəsizlik hissi yaradır.
        Əgər smartfon hətta reklam təkliflərinin baxılması üzrə tarixçəni və reklam bannerlərinin kliklənməsi üzrə keçidlər ilə birlikdə cihaz identifikatorunu göndərməsə də tərtibatçılar digər məlumatları yığa bilirlər. The Washington Post-un verdiyi məlumata əsasən o, minimum 3 mobil oyunda casusluq faktorlarını aşkar edib. Məsələn məşhur Subway Surfers oyunu izlənmənin qadağan edilməsi halında da Chartboost adlı marketinq şirkətinin serverlərinə istifadəçinin iPhone modeli barəsində məlumatların əks olunduqları 29 ədəd məlumat paketini göndərir.
        Məlumatlar arasında cihazın IP ünvanı, daxili yaddaş həcmi, batareyanın enerji sərfiyyatının statistikası və s. var. Bütün bu məlumatlar reklamçı tərəfindən smartfonu identifikasiya etməkdə yardımçı olurlar. Növbəti mərhələdə isə istifadəçiyə hansı reklamların göstərilməsinə və targetinqin hansı üsul ilə daha yaxşı qurulmasına qərar verilir. Bununla belə tərtibatçılar istifadəçilər barəsində bu qədər konfidensial məlumatları hansı səbəbə görə reklamçılara göndərdikləri barəsində dolğun açıqlama vermirlər. Subway Surfers oyununun tərtibatçıları bildiriblər ki, məlumatların yığılması oyunun daha yaxşı çalışması üçün nəzərdə tutulub.
    Linki kopyala