Hackerlərə yardım məqsədli süni zəka əsaslı çat-bot istifadəyə verilib

Hackerlərə yardım məqsədli süni zəka əsaslı çat-bot istifadəyə verilib

Kibertəhlükəsizlik
17.07.2023 PAYLAŞIM

    Kimliyi bilinməyən tərtibatçı özünün süni zəka əsaslı ChatGPT analoqunu yaradıb. Yaradılmış çat-bot WormGPT adını əldə edib. Lakin ChatGPT-dən fərqli olaraq WormGPT adlı çat-bot kibercinayətkarlara yarım üçün nəzərdə tutulub. WormGPT bu ilin mart ayında ortaya çıxmışdı. Lakin onun tərtibatçısı çat-botdan istifadə imkanını məşhur hacker forumlarından birində yalnız keçən ay satmağa başladı. ChatGPT və Google Bard-dan fərqli olaraq WormGPT qanunsuz fəaliyyət ilə bağlı suallara tərtib edilən cavablar məsələsində heç bir məhdudiyyətə sahib deyil. Bu faktı təsdiqləmək üçün çat-botun yaradıcısı onunla olmuş yazışmaların bir hissəsini fotolar şəklində sərgiləyib.

    Sərgilənmiş fotolarda çat-bot vasitəsilə Python proqramlaşdırma dilində zərərli proqram təminatı kodunun tərtib edilməsinin və kiberhücumların təşkil edilməsində məsləhətlərin əldə edilməsinin mümkünlüyü əks olunub. Mıəlumata əsasən WormGPT-nin əsasında GPT-J adlı nisbətən köhnəlmiş böyük dil modeli dayanır. Sözügedən dil modeli açıq mənbəli koda sahibdir və o, 2021-ci ildə istifadəyə verilib. Bu dil modeli zərərli proqram təminatı kodları barəsində məlumatlar əsasında təlimatlandırılıb. Buna görə də WormGPT-ni ərsəyə gətirmək elə də çətin bir iş olmayıb.


    Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SlashNext adlı şirkətin mütəxəssisləri bu çat-botu test ediblər. Mütəxəssislərin sorğularına cavab olaraq WormGPT korporativ elektron poçt ünvanına fişinq (phishing) məqsədli kiberhücumun reallaşdırılması üçün nəzərdə tutulmuş elektron məktubu tərtib edə bilib. Tərtib edilmiş məktub inandırıcı görünüb və özündə uğurlu kiberhücumun reallaşdırılması üçün nəzərdə tutulmuş ağıllı strateji həll üsullarını birləşdirib. Sözügedən çat-botun yaradıcısı ondan aylıq istifadə haqqını 60 avro qiymətində təyin edib.



DAHA ÇOX


Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatları yığır..

NordVPN servisinin mütəxəssisləri Android və iOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətb..


Casusluq məqsədli yeni proqram təminatı aşkar edilib

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflən..


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..

×