main-post-cover

    Hackerlər Windows 10-da tema düzəltmək funksiyası vasitəsilə konfidensial məlumatları oğurlaya bilərlər

    Təhlükəsizlik
    14.09.2020
    Farid Pardashunas
        Hər bir Windows 10 istifadəçisi unikal tema yaradaraq onu elektron poçt və ya digər üsul vasitəsilə istifadəçilərlə bölüşə bilər. Lakin məlum olub ki hackerlər bu üsul ilə istifadəçilərin konfidensial məlumatlarını oğurlaya bilərlər. Bu barədə 4pda saytı xəbər verib. İstifadəçi hər dəfə tema yaradan zaman onu “Save theme for sharing” funksiyası vasitəsilə digər istifadəçilər ilə bölüşə bilər.
        Bunun üçün sadəcə olaraq linki elektron poçt və ya digər vasitə ilə göndərmək lazımdır. Növbət mərhələdə linki əldə etmiş istifadəçilər yaradılmış temanı öz kompüterlərində istifadə edə bilərlər. Təhlükəsizlik üzrə mütəxəssis olan Jimmy Bayne aşkar edib ki, hackerlər “.theme” əlavəli fayl yarada bilərlər və bu fayl istifadəçiləri digər səhifələrə yönləndirə bilər.
        Söhbət, istifadəçi hesabının məlumatlarını qeyd etmək lazım olan səhifələrdən gedir. İstifadəçi özü də bilmədən temanı yükləmək fikri ilə öz istifadəçi məlumatlarını daxil edir. Nəticədə login, şifrə sındırılır və istifadəçinin bütün konfidensial məlumatları hackerlərin əllərinə keçir. Bu problemi fərdi şəkildə bir sıra əlavələri bloklamaqla aradan qaldırmaq olar. Söhbət, “.theme”, “.themepack” və “.desktoptehemepackfile” adlı əlavələrdən gedir. Hal hazırda Microsoft şirkətinin bu sistem boşluğunu aradan qaldırıb-qaldırmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər