main-post-cover

    Hackerlər Twitch-i hack edərək servisin konfidensial məlumatlarını oğurlayıblar

    Təhlükəsizlik
    06.10.2021
    Emil Nəcəfov
        Hackerlər məşhur Twitch servisini hack edərək internetə 125 GB həcmində məlumatlar bazasını yerləşdiriblər. Yerləşdirilmiş məlumatlar bazasında Twitch ilə bağlı olan bir çox konfidensial məlumat var. Bura servisin mənbə kodu, yeni məhsulları və məşhur streamerlərin qazandıqları vəsaitlər daxildir. Hackerlər oğurladıqları məlumatları 4chan forumunda yerləşdiriblər. Servis baş vermiş kiberhücumu və məlumatların oğurlanması faktını təsdiqləyib.
        Beləliklə hackerlər foruma servisin mənbə kodunu, daxili alətlərini və SDK-nı (Software Development Kit) yerləşdiriblər. Bununla yanaşı hackerlər Twitch-in Vapor adlı layihəsi barəsində məlumatları da oğurlayıblar. Məlumata əsasən bu, Twitch üçün nəzərdə tutulmuş Steam analoqudur. Steam-dən fərlqi olaraq ona Twitch servisi inteqrasiya olunacaq. Hackerlərin oğurladıqları məlumatlar arasında servisin 2019-cu ildən məşhur streamerlərə ödədiyi vəsaitlərin göstəriciləri də var.
        Məsələn 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayına kimi CriticalRole ləqəbli streamer 9.626.712$ vəsait, xQcOW ləqəbli streamer 8.454.427$ vəsait, LIRIK ləqəbli streamer 2.984.653$ vəsait, Asmongold ləqəbli streamer isə 2.551.618$ vəsait qazanıb. Digər məşhur streamerlərin qazandıqları vəsaitlər barəsində siyahıya bu linkdən baxmaq olar. Hackerlərin sözlərinə əsasən onlar paylaşdıqları məlumatlardan daha çoxuna sahibdirlər. Onlar yaxın zamanda digər məlumatları da təqdim etməyə söz veriblər. Hackerlərin daha hansı məlumatlara sahib olduqları barəsində hələ məlumat yoxdur.
    Linki kopyala