main-post-cover

    Hackerlər saxta birja vasitəsilə istifadəçilərin bitcoinlərini oğurlayırlar

    Təhlükəsizlik
    09.09.2021
    Emil Nəcəfov
        Hackerlər kriptovalyuta sahiblərinin aldadılması yolunda yeni üsullar fikirləşməkdə davam edirlər. Bir neçə müddət bundan öncə isə kriptovalyutaların oğurlanması üzrə daha bir yeni üsul ortaya çıxıb. Belə ki, hackerlər kriptovalyuta sahiblərinə yüksək məbləğdə pullar təqdim edirlər, lakin buna baxmayaraq insanlar öz rəqəmsal aktivlərini itirməkdə davam edirlər. Proofpoint tədqiqat şirkətinin mütəxəssisləri aşkar ediblər ki, internetdə yeni dələduzluq üsulu getdikcə məşhurlaşır. Yeni dələduzluq üsulu çərçivəsində elektron poçt vasitəsilə istifadəçilərə yeni birjanın xidmətlərindən istifadə təklifi göndərilir. Yeni birjada qeydiyyatdan keçəndən sonra istifadəçilər aşkar ediblər ki, onların balanslarında bitcoinlə saxlanmış külli miqdarda vəsait var. Belə ki, qeydiyyatdan sonra istifadəçilərin balanslarında 28.85 bitcoin olub.
        Lakin bu vəsaitlərin çıxarılması üçün istifadəçilərdən 0.0001 bitcoin göndərilməsi tələb olunub. Guya göndərilən 0.0001 bitcoin rəqəmsal portmanatın təsdiqlənməsi üçün lazımdır. İstifadəçilər bu əməliyyatı reallaşdırandan sonra görüblər ki, birjadan minimal olaraq 29.029 bitcoin çıxartmaq mümkündür. Lakin istifadəçilər balansı qeyd edilmiş vəsaitə kimi artırandan sonra da onlar bitcoinləri birjadan çıxarda bilməyiblər. Bu üsul ilə hackerlər hər bir istifadəçidən minimum 0.1791 bitcoin əldə ediblər. Bitcoinin aktual kursunu nəzərə alsaq, istifadəçilərdən yığılmış ümumi məbləğ 8000$-dan çoxdur. Mütəxəssislər elektron poçt vasitəsilə yayılan bu cür dələduz məktublarla ehtiyyatlı olmağı məsləhət görüblər.
    Linki kopyala