main-post-cover

    Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ediblər

    Təhlükəsizlik
    27.04.2021
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta Computer şirkətinin serverlərini hack etmişdi. Kiberhücum nəticəsində hackerlər şirkət serverlərindən hələ təqdim olunmamış yeni MacBook modelinin çertyojlarını oğurlamışdılar və onlara görə pul tələb tələb edirdilər. İndi isə məlum olub ki, həmin tələblər hackerlərin darknetdəki saytlarından siliniblər. Qeyd etmək lazımdır ki, baş vermiş kiberhücumun arxasında rus hackerlərdən ibarət REvil qruplaşması dayanır. Onlar rəsmi şəkildə bildirmişdilər ki, hələ təqdim olunmamış yeni MacBook modelinin çertyojlarını oğurlayıblar və həmin çertyojlar özlərində yeni MacBook-un texniki özəlliklərini əks etdirirlər.
        Hackerlər bu sənədlərə görə Apple-dan 1 may tarixinə kimi 50 milyon dollar tələb edirdi. Əks halda onlar bütün sənədləri internetdə paylaşacaqdılar. Bununla belə bu məsələnin yalan olmamasını sübut etmək üçün hackerlər MacBook-un bir sıra sxem fotolarını da paylaşmışdılar. Nəticə etibarı ilə dünən məlum olub ki, paylaşılmış sxem fotoları və pul vəsaiti tələbi hackerlərin saytlarından silinib. Bunun hansı səbəbə görə baş verdiyi barəsində bir məlumat yoxdur. Belə ki, Apple və Quanta Computer şirkətləri bu məsələ ilə bağlı şərh bildirməyiblər. 
    Linki kopyala