main-post-cover

    Hackerlər iflas prosesində olan FTX birjasından 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

    Təhlükəsizlik
    14.11.2022
    Farid Pardashunas
        Artıq iflas prosesini işə salmış FTX adlı kriptovalyuta birjası yeni problem ilə qarşılaşıb. Belə ki, hackerlər sözügedən birjanı hack edərək bir neçə yüz milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar. Birjanı hack etmiş hackerlər Ethereum, SolanaBinance Smart Chain tokenlərini rəsmi FTX hesablarından mərkəzləşdirilməmiş kriptovalyuta birjalarının ünvanlarına köçürdüblər. Güman olunur ki, hackerlər həm FTX.com-u həm də FTX US-ı hack ediblər. Hackerlər tərəfindən oğurlanmış kriptovalyutaların ümumi dəyəri isə 600 milyon dollar təşkil edir. Lakin bununla birjanın problemləri btməyib. Belə ki, FTX-nın təmsilçilərinin sözlərinə əsasən hackerlər birjanın mobil tətbiqinə zərərli kodlar inteqrasiya ediblər. Bununla yanaşı FTX öz istifadəçilərinə birjanın saytına daxil olmamağı məsləhət görüblər. Belə ki, birjanın saytında troyanlar ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər