main-post-cover

    Hackerlər Hindistan baş nazirinin Twitter hesabını hack ediblər

    Təhlükəsizlik
    13.12.2021
    Farid Pardashunas
        Verilmiş məlumata əsasən kimlikləri bilinməyən hackerlər Hindistanın baş naziri olan Narendra Modi-nin Twitter hesabını hack etməyi bacarıblar. Daha sonra hackerlər baş nazirin adından Hindistanda bitcoinin rəsmi ödəniş vasitəsi kimi qəbul edildiyini elan ediblər. Baş nazirin Twitter hesabından olmuş bu cür elan bir çoxları tərəfindən şübhə ilə qarşılanıb. Belə ki, Hindistanın bitcoini rəsmi ödəniş vasitəsi kimi qəbul edəcəyi barəsində rəsmi məlumat daha öncə ortaya çıxmayıb. Bununla yanaşı hackerlər baş nazirin adından bildiriblər ki, Hindistan hökuməti müəyyən sayda bitcoin əldə edib və gələcəkdə onları ölkə vətəndaşları arasında bölüşdürəcək.
        Qeyd etmək lazımdır ki, bu hadisə Hindistanın kriptovalyuta mayninqi ilə dövriyyəsi sahələrinin ciddi şəkildə nizamlanması niyyətinin fonunda baş verib. Daha sonra baş nazirin mətbuat xidmətinin təmsilçiləri təsdiqləyiblər ki, baş nazirin Twitter hesabı həqiqətən də hackerlər tərəfindən ələ keçirilib. Nəticədə hackerlərin etmiş olduqları paylaşımlar Twtter hesabından siliniblər. Qeyd etmək lazımdır ki, Narendra Modi hindistanda yüksək məşhurluq səviyyəsinə sahibdir və onun Twitter hesabında 73 milyona yaxın abunəçi mövcuddur. Hindistan baş nazirinin Twitter hesabına kiberhücumu reallaşdırmış şəxslərin kimlikləri bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər