main-post-cover

    Hacker qruplaşması SpaceX şirkətinin 3000 ədəd unikal çertyojunu oğurlayıb

    Təhlükəsizlik
    15.03.2023
    Emil Nəcəfov
        Lockbit adlı hacker qruplaşması bildirib ki, o, SpaceX şirkətinin 3000 ədəd unikal çertyojunu oğurlayıb. Hacker qruplaşması bildirib ki, SpaceX mühəndisləri tərəfindən tərtib edilmiş unikal çertyojlar Maximum Industries adlı şirkətin hack edilməsi nəticəsində oğurlanıb. Qeyd etmək lazımdır ki, Maximum Industries şirkəti SpaceX-in podratçılarından biridir. Hacker qruplaşmasının öz vəziyyətindən əmin olmasına baxmayaraq o bildirib ki, Maximum Industries tələb olunan vəsait ödənişini etməyə tələsmir. Belə ki, hacker qruplaşması şirkətə 20 mart tarixinə kimi vaxt verib.
        Əks halda SpaceX-ə məxsus olan oğurlanmış unikal çertyojlar internetə sızdırılacaq. Maximum Industries ilə SpaceX bu mövzuya hələ rəsmi bir fikir bildirməyiblər. Bununla belə məlumatda qeyd edilib ki, oğurlanmış məlumatların nəticə etibarilə heç bir dəyərləri olmaya bilər. Belə ki, onların potensial alıcısı ilk növbədə lazımi detalları istehsal etməli və daha sonra onları şübhə yaratmadan istifadə etməlidir. Lakin məlumatların sızdırılması hadisəsi SpaceX-ə müəyyən mənfi təsir göstərə bilər. Belə ki, şirkət ABŞ dövləti ilə əməkdaşlıq edir və bu cür hadisənin baş verməsi öz növbəsində ABŞ hökumətinin diqqətini çəkə bilər.
    Linki kopyala