main-post-cover

    Google şirkəti istifadəçi hesabının hack edilməsi barədə daha operativ xəbər verəcək

    Təhlükəsizlik
    12.10.2020
    Emil Nəcəfov
        Google şirkəti istifadəçilərin konfidensial məlumatlarını daha yaxşı qoruya biləcək yeni funksiyanı təqdim edib. Bundan sonra istifadəçilər Google servislərindən birinə inteqrasiya edilmiş yeni funksiya sayəsində öz istifadəçi hesablarının hack olunması təhlükəsi barəsində daha operativ xəbər tuta biləcəklər. Bu barədə Gizmochina saytı xəbər verib. Əgər əvvəllər istifadəçilər öz istifadəçi hesablarının hack olunması barəsində xəbərdarlığı elektron poçt vasitəsilə əldə edirdilərsə, bundan sonra həmin xəbərdarlıq birbaşa Google tətbiqində bildiriş formatında istifadəçiyə təqdim ediləcək.
    Google
        İstifadəçi isə öz növbəsində Google tətbiqində öz istifadəçi hesabına keçidi bloklaya və ya hackerin IP-ni qara siyahıya sala bilər. Bu üsul ilə Google şirkəti xəbərdarlıq prosesinin elektron poçt ünvanına göndərməkdən imtina edərək prosesi daha operativ reallaşdırıb. Başqa sözlə desək, şirkət push bildiriş formatına keçid edib. Şirkət mütəxəssisləri qeyd ediblər ki, bu cür bildirişlər qorunurlar və onlar hackerlər tərəfindən nə saxtalaşdırıla nə də əldə edilə bilər. Bu yeni funksiya yaxın müddətdə bir sıra Android istifadəçiləri üçün aktivləşdiriləcək. Gələn ildən başlayaraq isə bu funksiyadan bütün Android istifadəçiləri istifadə edə biləcəklər.
    Linki kopyala