main-post-cover

    Google şirkəti Apple-dan 3 dəfə daha çox istifadəçi məlumatı yığır

    Təhlükəsizlik
    25.08.2022
    Emil Nəcəfov
        StockApps adlı analitik resursun təqdim etdiyi yeni hesabatda qeyd edilmiş məlumata əsasən Apple istifadəçilərin konfidensiallıqlarına daha ciddi yanaşan şirkətdir. “Apple sadəcə olaraq istifadəçi hesablarının xidmətləri üçün lazım olan məlumatları yığır” - deyə hesabatda qeyd edilib. Bunun səbəbi isə ondadır ki, şirkətin veb saytı Google, FacebookTwitter kimi reklam gəlirlərindən asılı deyil. Qeyd etmək lazımdır ki, keçən il Apple şirkəti App Tracking Transparency adlı funksiyanı istifadəyə ermişdi. Bu funksiya istifadəçi tərəfindən tətbiqlərin işə salınması zamanı onun veb saytlarda və tətbiqlərdəki əməliyyatlarının izlənməsi üçün işə salınmış tətbiqlərin istifadəçidən icazə almalarını tələb edir.
        StockApps-in hesabatına əsasən 5 texnoloji şirkət (Amazon, Facebook, Google, Apple, Twitter) arasında istifadəçi məlumatlarının yığılması üzrə reytinqdə birinci yeri Google şirkəti tutur. Məlumatda qeyd edilib ki, şirkət hər bir istifadəçi üzrə 39 növ məlumatı izləyir. Apple-da isə bu göstərici 12-dir. Məlum olub ki, Facebook 14 növ, Amazon 23 növ, Twitter isə 24 növ məlumatı izləyir. StockApps-in mütəxəssislərindən biri olan Edith Reads-in sözlərinə əsasən istifadəçilərin çoxu səbrsiz olduğu üçün daxil olduqları veb resursların konfidensiallıq siyasətləri ilə tanış olmurlar.
        Nəticədə istifadəçilər konfidensiallıq siyasətinin şərtləri ilə tanış olmadan onları qəbul edərək Google kimi şirkətlərə öz barələrində daha çox məlumatın yığılmasına şərait yaradırlar. Onu da qeyd etmək lazımdır ki, StockApps-in hesabatında qeyd edilmiş “növ məlumat” hissəsinə tam aydınlıq gətirilməyib. Lakin qeyd edilib ki, onların arasında istifadəçinin yerləşdiyi yer, brauzer tarixçəsi, kənar veb saytlarda aktivliyi və s. daxildir. Google əlavə olaraq Gmail məlumatlarını da əldə edir.
    Linki kopyala