main-post-cover

    Google öz axtarış sistemində zərərli proqram təminatlarına sahib saxta saytları reklam edir

    Təhlükəsizlik
    19.01.2023
    Farid Pardashunas
        Görünür. Google şirkəti öz axtarış sistemində nələrin reklam edilməsi məsələsinə o qədər də diqqət ayırmır. Məlum olub ki, hackerlər şirkətin axtarış sisteminin təqdim etdiyi imkanlardan faydalanaraq zərərli proqram təminatlarına sahib saxta saytları reklam etməyə başlayıblar. Bu barədə məlumatı kibertəhlükəsizlik üzrə mütəxəssislər veriblər. Verilmiş məlumata əsasən hackerlər Google Ads platforması üzərindən əsasən məşhur tətbiqlərin saxta saytlarını reklam etməyə başlayıblar. Bu cür tətbilər arasında 7-Zip, Blender 3D, Capcut, CCleaner, Notepad++, OBS, Rufus, VirtualBox, VLC Media Player, WinRAR, Putty və s. kimi tətbiqlər var.
        Əslində isə reklam edilən resurslar zərərli proqram təminatının istifadəçilər arasında yayılması üçün nəzərdə tutulub. Maraqlısı ondadır ki, Google axtarış sistemindəki reklam bloklarında bu cür resurslar tətbiqlərin rəsmi saytlarından daha yuxarı hissələrdə yerləşirlər. Bu səbəbdən də əgər istifadəçi saytın ünvanına nəzər yetirməsə, o, rahatlıqla hackerlərin qurmuş olduqları tələyə düşə bilər. Hackerlərin bu cür üsulundan artıq zərər çəkmiş bir nəfər şəxs barəsində məlumat var. Belə ki, NFT God ləqəbli istifadəçi Google axtarış sistemindəki reklam vasitəsilə məşhur OBS tətbiqinin saxta saytından zərərli proqram təminatını yükləyib.
        Bir neçə saatdan sonra isə onun dostları ona Twitter hesabının hack edildiyi barəsində məlumat veriblər. Daha sonra isə məlum olub ki, hackerlər həmçinin istifadəçinin OpenSea NFT platformasındakı hesabını, bir neçə kriptovalyuta portmanatını, GmailDiscord servislərindəki hesablarını hack ediblər. BleepingComputer şirkəti axtarış sistemində reklam edilən saxta saytlar ilə bağlı olan bütün məlumatları Google şirkətinə göndərib. Google isə öz növbəsində qeyd edib ki, bu məsələ ilə bağlı bütün vacib tədbirləri artıq görüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər