main-post-cover

    Google mütəxəssisləri Samsung Exynos modemlərində ciddi boşluqlar aşkar ediblər

    Təhlükəsizlik
    17.03.2023
    Farid Pardashunas
        Google şirkətinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Project Zero adlı komandası Samsung Exynos modemlərində bir sıra ciddi boşluq aşkar edib. Məsələnin ciddi tərəfi ondan ibarətdir ki, Exynos modemlərinə təkcə Samsung və Google smartfonları deyil, həmçinin digər brendlərin smartfonları da sahibdirlər. Verilmiş rəsmi məlumata əsasən Exynos modemlərində ümumilikdə 18 boşluq aşkar edilib. Hackerlər istifadəçilərin sadəcə mobil nömrələrini bilməklə və aşkar edilmiş boşluqlardan istifadə etməklə onların smartfonları üzərində idarəetməni ələ keçirə bilərlər.
        Pixel smartfonları məsələsində Google bildirib ki, onun bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsi problemi aradan qaldıracaq. Project Zero komandasının mütəxəssislərinin fikirlərinə əsasən Exynos modemlərində olan boşluqlar Samsung Galaxy S22, M33, M13, M12, A71, A53, A33, A21, A13, A12, A04, Vivo S16, S15, S6, X70, X60 X30 smartfonlarını əhatə edə bilərlər. Qeyd etmək lazımdır ki, Qualcomm prosessorlarına sahib smartfonlar təhlükəsiz vəziyyətdədir. Belə ki, həmin smartfonlarda Qualcomm modemlərindən istifadə edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər