main-post-cover

    Google istifadəçilərin Facebook məlumatlarını oğurlayan 25 tətbiqi Play Store-dan sildi (Siyahı)

    Təhlükəsizlik
    05.07.2020
    Nijat Hamid
            Google şirkəti hər ay Play Store tətbiq mağazasından bir çox zərərli tətbiqi silir. Bu səfər isə 25 zərərli tətbiq Google tərəfindən silindi. Bu tətbiqlər verilən məlumatlara görə istifadəçilərin Facebook məlumatlarını oğurlayırlar. Şirkət keçən aylarda smartfonların texniki detallarını (ram, çipset və s.) lazım olandan daha çox istifadə edən 50-ə yaxın tətbiqi Play Store-dan silmişdi.

    Yeni silinən 25 tətbiqdə aşkarlanan zərərli kodlar hesabına hackerlər istifadəçilərin Facebook məlumatlarını oğurlaya bilirlər.

            Fransa şirkəti olan Evina tərəfindən aşkarlanan bu tətbiqlər təcili şəkildə Google rəsmilərinə bildirilib. Şirkət tərəfindən verilən məlumata görə zərərli kodların olduğu bu tətbiqlər 1 dəfə belə yükləndiyi halda avtomatik məlumatları oğurlamağa başlayırmış. Daha sonra isə Facebook hesablarına giriş etmək istəyən istifadəçilərin login şifrələri oğurlanaraq hackerlərə göndərilir. Google rəsmilərinin təsdiqindən sonra bu tətbiqlər Play Store mağazasından tamamilə silindi. Siyahı aşağıdakı kimidir:
    • Super Wallpapers Flaslight
    • Padenatef
    • Wallpaper Level
    • Contour Level Wallpaper
    • iPlayer & iWallpaper
    • Video Maker
    • Color Wallpapers
    • Pedometer
    • Powerful Flaslight
    • Super Bright Flaslight
    • Solitare Game
    • Accurate Scanning of QR Code
    • Classic Card Game
    • Junk File Cleaning
    • Synthetic Z
    • File Manager
    • Composite Z
    • Screenshot Capture
    • Daily Horoscope Wallpapers
    • Wuxia Reader
    • Plus Weathe
    • Anime Live Wallpaper
    • Health Step Counter
    Linki kopyala