main-post-cover

    Facebook-da Android üçün zərərli reklam tətbiqlərinin reklam kampaniyaları aşkar edilib

    Təhlükəsizlik
    03.08.2022
    Farid Pardashunas
        McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Facebook-da Android üçün nəzərdə tutulmuş zərərli reklam tətbiqlərinin (adware) aktual olan reklam kampaniyalarını aşkar ediblər. Nəticədə mütəxəssislər istifadəçilər tərəfindən ümumilikdə 7 milyon dəfə yüklənmiş zərərli tətbiqləri aşkar ediblər. Aşkar edilmiş zərərli tətbiqlər Facebook daxilindəki reklam elanlarında cihazların performanslarının optimizasiyası, casus və reklam xarakterli tətbiqlərin silinmələri üçün nəzərdə tutulmuş adi tətbiqlər kimi qələmə verilib.
        Lakin əslində həmin tətbiqlər smartfona quraşdırılandan sonra istifadəçiyə reklam elanlarını təqdim edirlər və istifadəçinin cihazında mümkün qədər uzun müddət ərzində qalmaq üçün müxtəlif tətbiqlərin adları və ikonları kimi maskalanırlar. Bəzi hallarda bu cür zərərli tətbiqlər həmçinin Google Play Store kimi də maskalanırlar. İstifadəçiyə reklam elanlarının təqdim edilməsi üçün aşkar edilmiş tətbiqlər Android Contact Provider adlı sistem komponentindən istifadə edirlər. Reklamların göstərilməsi prosesi cihaza hər yeni tətbiqin quraşdırılması zamanı baş verir və bu halda istifadəçi bunun səbəbinin quraşdırılan yeni tətbiqdə görür. Reklam elanlarının sərgilənməsi ilə məşğul olan zərərli tətbiqlərin siyahısı aşağıdakı kimidir. Siyahıda olan bütün tətbiqlər artıq Google Play-dən siliniblər.
    - Junk Cleaner
    - EasyCleaner
    - Power Doctor
    - Super Clean
    - Full Clean - Clean Cache
    - Fingertip Cleaner
    - Quick Cleaner
    - Kepp Clean
    - Windy Clean
    - Carpet Clean
    - Cool Clean
    - Strong Clean
    - Meteor Clean.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər