Əsl virus mənbəyi: Google Play Store-da yayımlanan zərərli tətbiqlərin statistikası

Əsl virus mənbəyi: Google Play Store-da yayımlanan zərərli tətbiqlərin statistikası

Kibertəhlükəsizlik
09.06.2020 PAYLAŞIM

    Təhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərə tətbiqləri Google Play-dən yükləməyi məsləhət görsələr də çox zaman zərərli tətbiqlərin çox hissəsi məhz bu platformada aşkar edilir. Upstream adlı tədqiqat şirkəti mobil cihazların həmin zərərli tətbiqlər ilə yoluxma statistikasından əlavə olaraq bu cür tətbiqlərin aktiv çoxalmalarını da təyin edir. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə Upstream şirkətinin təqdim etdiyi hesabata əsasən bu ilin birinci rübündə Android üçün olan zərərli tətbiqlərin sayı 29.000-i keçib.

    Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin birinci rübündə bu göstərici 14.500 idi. Beləliklə Android üçün olan zərərli tətbiqlərin sayı iki dəfə yüksəlib. Mütəxəssislər qeyd ediblər ki, Android üçün olan 10 zərərli tətbiqdən 9-u məhz Google Play-də aşkar edilib. Bu isə o deməkdir ki, həmin tətbiqlər Google Play platformasının moderasiya prosesindən və təhlükəsizlik sistemindən keçə biliblər. Keçən ilin sonunda yayılmış 100 zərərli tətbiqin təqribi olaraq 30%-i məhz Google Play-də aşkar edilmişdi.


    Mütəxəssislər həmçinin qeyd ediblər ki, viruslarla yoluxmuş Android cihazların sayı 11.2 milyon təşkil edir. Bu isə keçən ilin birinci rüb göstəricisi ilə müqayisədə 7% daha çoxdur. Bu məsələdə maraqlı bir qanunauyğunluq var. Belə ki, zərərli tətbiqlərin böyük hissəsi əyləncə kateqoriyasına aiddir və onlar xəbər oxumağa, musiqi dinləməyə və oyun oynamağa imkan verirlər. Bu ilin əvvəlinin ən problemli tətbiqi isə Snaptube hesab edilir. Sözügedən tətbiqin yüklənmə sayı 40 milyonu keçib. Bu tətbiq Google Play-dən silinsə də kənar resurslar tərəfindən yayılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok yenə diqqət mərkəzində: Servis 1 ildən çox Android smartfonların MAC ünva..

TikTok servisi Android əməliyyat sistemindəki konfidensiallıq üzrə olan təhlükəsizlik sistemindən ya..


Yeni virus brauzer, elektron poçt və VPN servislərinin istifadəçilərinin məlumat..

Barəsində ilk dəfə 2014-cü ildə məlumat ortaya çıxmış Agent Tesla adlı kompüter virusu kibertəhlükəs..


Qualcomm şirkətinin çiplərində 400-dən çox boşluq aşkar edilib

Check Point saytının təhlükəsizlik üzrə mütəxəssisləri Qualcomm istehsalı olan mikrosxemlərin geniş ..


Pandemiya zamanı xüsusi virus külli miqdarda vəsait oğurlayıb: Hansı virus və nə..

Koronavirus pandemiyası hackerlərin daha çox fəaliyyətdə olmalarına gətirib çıxartdı.


Tədqiqatçılardan biri peyk internetini hack etməyi bacarıb: O bunu necə edib?..

Heç sirr deyil ki, hackerlər kompüterləri hack edə bilirlər. Lakin çox az adam düşünür ki, məlumatla..


Chrome üçün reklam bloklayıcı əlavələrin (extensions) 80%-i zərərli proqram təmi..

AdGuard şirkətinin mütəxəssisləri Chrome brauzerində reklamların bloklanması üçün nəzərdə tutulmuş ə..

×