Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub

Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub

Kibertəhlükəsizlik
27.10.2020 PAYLAŞIM

    Artıq heç kim üçün sirr deyil ki, böyük şirkətlər öz istifadəçilərinin bir çox məlumatlarını yığırlar. Bu əsasən hər bir istifadəçi üçün individual kontentin və reklamların təqdim olunması səbəbilə edilir. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Clario şirkətinin mütəxəssisləri istifadəçilər barəsində daha çox məlumat yığan mobil tətbiqlərin reytinqini tərtib ediblər. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, sözügedən reytinqin tərtib olunması zamanı mütəxəssislər tətbiqlər və saytlar tərəfindən istifadə olunan cookie məlumatlarını deyil, tərtibatçıların əldə etmək istədikləri real istifadəçi məlumatlarından istifadə ediblər.

    Söhbət, yaş, cins, ad, seksual orientasiya, dini baxışlar, ev ünvanları, sevilən yerlər, hobbilər, iş vəzifələri, maaş və hətta çəki, boy, səhhətin vəziyyəti kimi fiziki məlumatlardan gedir. Nəticədə məlum olub ki, reytinqdə təqdim olunmuş tətbiqlər arasında istifadəçilər barəsində məlumatları ən çox yığan məhz Facebook-dur. Məlum olub ki, sözügedən sosial şəbəkə istifadəçi məlumatlarının 70.59%-ni yığır. İstisnalar arasında istifadəçinin fizioloji vəziyyəti, maliyyə göstəricisi və bir sıra digər məlumatlar var.


    Reytinqin ikinci yerində Instagram qərarlaşıb. Sözügedən məşhur fotoservis istifadəçi məlumatlarının 58.82%-ni yığır. Üçüncü yeri tutumuş Tinder tanışlıq servisi isə istifadəçi məlumatlarının 55.88%-ni əldə edir. Maraqlısı ondadır ki, reytinqdə Google şirkətinin yalnız Maps servisi mövcuddur. Məlumata əsasən bu servis istifadəçi məlumatlarının 20.59%-ni əldə edir. Hətta IKEA (23.53%) ilə Netflix (26.47%) öz istifadəçiləri barəsində daha çox məlumata sahibdir. Tam siyahı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Facebook şirkətini 6 milyon dollar dəyərində cərimələyib:..

Aparılmış istintaq çərçivəsində Facebook şirkəti lazımi sənədləri təqdim etmədiyinə görə verilmiş zə..


2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az ..


Yeni dələduzluq üsulu: Hackerlər istifadəçiləri aldatmaq üçün saxta Facebook lin..

Həmin linklər istifadəçiləri, istifadə etdikləri kompüterlərin zərərli proqram təminatı ilə yoluxduq..


Google şirkəti istifadəçi hesabının hack edilməsi barədə daha operativ xəbər ver..

Google şirkəti istifadəçilərin konfidensial məlumatlarını daha yaxşı qoruya biləcək yeni funksiyanı ..


Chrome brauzerinin mobil versiyasına əlavə təhlükəsizlik funksiyaları əlavə edil..

Müxtəlif saytlarda avtorizasiya prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulmuş şifrələrin avtomat..


VPN istifadə etməyin müsbət və mənfi tərəfləri nələrdir?

Sosial media və internetə məhdudiyyət gətirilən bu günlərdə VPN-lərin önəmi nə dərəcə vacibdir?..

×