main-post-cover

    Elon Musk məşhur Anonymous hacker qruplaşmasına cavab verib

    Təhlükəsizlik
    16.06.2021
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məşhur Anonymous hacker qruplaşması Elon Musk üçün nəzərdə tutulmuş video təqdim etmişdi və həmin videoda sözügedən hacker qruplaşması Musk-a müharibə elan etmişdi. Belə ki, hacker qruplaşmasının sözlərinə əsasən onlar Musk-ın bir tweet ilə kriptovalyuta bazarına necə təsir göstərməsindən narazıdırlar. İndi isə Musk onlara cavab göndərib. Lakin Anonymous-dan fərqli olaraq Musk xüsusi video təqdim etməyib. O sadəcə olaraq 2 nida işarəsindən və hackerlərin təqdim etmiş olduqları videodan götürülmüş screenshotdan istifadə edib. Bununla belə screenshotun üzərinə birmənalı olmayan cümlə qeyd edilib.
        Musk-ın cavab tweet-i özündə “Hannah Montana is actually Miley Cyrus” cümləsi olan screenshotu və 2 nida işarəsini birləşdirir. Hannah Montana serialında aktrisa Miley Cyrus-un ikili həhyat yaşadığını nəzərə alsaq, çox güman ki, Musk özünə qarşı elan edilmiş müharibədə iştirak edən hackerlərin kimliklərindən xəbərdardır. Və ya o sadəcə olaraq kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən əməkdaşlarının yüksək təcrübələrinə güvəndiyini sərgiləyir. Musk daha əvvəllər də Anonymous hacker qruplaşmasına qarşı rəylər bildirib. Belə ki, onun sözlərinə əsasən bu hacker qruplaşmasının iştirakçıları öz anonimliklərini qorumaq bacarığına sahib deyillər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər