Elektron məktubların çoxu casus piksellərə sahibdir

Elektron məktubların çoxu casus piksellərə sahibdir

Kibertəhlükəsizlik
22.02.2021 PAYLAŞIM

    Tədqiqatçılar aşkar ediblər ki, bir çox şirkət öz müştərilərini casus piksellərə sahib elektron məktubların göndərilməsi vasitəsilə izləyir. Bu isə öz növbəsində göndərilmiş məktubun oxunub-oxunmamasını, istifadəçinin yerləşdiyi yeri və digər konfidensial məlumatları öyrənməyə imkan verir. Casus piksellər barəsində məlumat hələ bir neçə müddət bundan öncə ortaya çıxıb. Bu, elektron poçtlarda 1x1 piksel ölçüsündə .png.gif kimi müxtəlif formatlarda olan fotolar tərzində əlavələrdir.

Hətta məktubun əldə olunmasından sonra istifadəçi bu cür obyektlə heç bir qarşılıqlı əlaqədə olmasa da o, aktiv hala gəlir və öz yaradıcılarına istifadəçinin IP ünvanı, yerləşdiyi yer və digər konfidensial məlumatları göndərir.

    Məlumatda qeyd edilib ki, marketoloqlar bu cür üsuldan göndərilmiş məktubun oxunub-oxunmamasını və məlumatın çatdırılıb-çatdırılmamasını öyrənmək üçün istifadə edirlər. Hey adlı messencerin təmsilçisinin sözlərinə əsasən onların emal etdikləri 1 milyon elektron məktubun payına casus piksel formatında olan 600.000-dən çox link düşür. Gmail Outlook kimi məşhur servislər vasitəsilə göndərilən məktubları nəzərə alsaq, bu məsələnin daha da irimiqyaslı olduğunu anlamaq heç də çətin olmaz.


    Bu cür izlənmə üsulunun aradan qaldırılmasının tək yolu fotoların brauzerə avtomatik yüklənmələrini deaktiv etməkdir. Lakin bu öz növbəsində gün ərzində adi kontentin əldə olunmasına təsir göstərəcək. Avropa qanunlarına əsasən bu cür linklərin göndərilməsi qadağandır. Lakin qanunvericilikdə olan bir sıra boşluq casus piksellərə sahib məktubların göndərilməsinə şərait yaradır. Məsələ burasındadır ki, servisdə qeydiyyatdan keçən zaman istifadəçi gizli casusluğa razılığı nəzərdə tutan qaydaları qəbul edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xüsusi zərərli şrift Windows 10-u hack edə bilir

Google mütəxəssisləri Windows 10-nun hack edilməsi üzrə orijinal üsul aşkar ediblər.


Pulsuz VPN tətbiqlərinin 21 milyon istifadəçisinin məlumatları internetdə satışa..

Android üçün olan pulsuz VPN tətbiqlərinin 21 milyon istifdaçəsinin məlumatlar bazası internetdə sat..


Hackerlərdən biri Clubhouse-dakı danışıqları digər saytlarda yayımlayıb..

Hackerlərdən biri son zamanlarda məşhurlaşmış Clubhouse adlı yeni sosial şəbəkədəki danışıqları kəna..


Mac kompüterlərinin bütün versiyalarını əhatə edən yeni virus aşkar edilib..

Çox zaman macOS əməliyyat sistemi Windows-un ən təhlükəsiz alternativi hesab edilir. Lakin hackerlər..


M1 prosessoruna sahib Apple kompüterlərinə hədəflənmiş ilk virus aşkar edilib..

M1 prosessoruna sahib Mac kompüterləri istifadəçilərdən əlavə olaraq həmçinin hackerlərin də diqqətl..


2 milyard yüklənmə sayına sahib məşhur Android tətbiqin təhlükəsiz olmadığı məlu..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilər arasında məşhur olan bir tətbiqdəki prob..

×