main-post-cover

    Elektron məktubların çoxu casus piksellərə sahibdir

    Təhlükəsizlik
    22.02.2021
    Farid Pardashunas
        Tədqiqatçılar aşkar ediblər ki, bir çox şirkət öz müştərilərini casus piksellərə sahib elektron məktubların göndərilməsi vasitəsilə izləyir. Bu isə öz növbəsində göndərilmiş məktubun oxunub-oxunmamasını, istifadəçinin yerləşdiyi yeri və digər konfidensial məlumatları öyrənməyə imkan verir. Casus piksellər barəsində məlumat hələ bir neçə müddət bundan öncə ortaya çıxıb. Bu, elektron poçtlarda 1x1 piksel ölçüsündə .png.gif kimi müxtəlif formatlarda olan fotolar tərzində əlavələrdir.

    Hətta məktubun əldə olunmasından sonra istifadəçi bu cür obyektlə heç bir qarşılıqlı əlaqədə olmasa da o, aktiv hala gəlir və öz yaradıcılarına istifadəçinin IP ünvanı, yerləşdiyi yer və digər konfidensial məlumatları göndərir.

        Məlumatda qeyd edilib ki, marketoloqlar bu cür üsuldan göndərilmiş məktubun oxunub-oxunmamasını və məlumatın çatdırılıb-çatdırılmamasını öyrənmək üçün istifadə edirlər. Hey adlı messencerin təmsilçisinin sözlərinə əsasən onların emal etdikləri 1 milyon elektron məktubun payına casus piksel formatında olan 600.000-dən çox link düşür. Gmail Outlook kimi məşhur servislər vasitəsilə göndərilən məktubları nəzərə alsaq, bu məsələnin daha da irimiqyaslı olduğunu anlamaq heç də çətin olmaz.
        Bu cür izlənmə üsulunun aradan qaldırılmasının tək yolu fotoların brauzerə avtomatik yüklənmələrini deaktiv etməkdir. Lakin bu öz növbəsində gün ərzində adi kontentin əldə olunmasına təsir göstərəcək. Avropa qanunlarına əsasən bu cür linklərin göndərilməsi qadağandır. Lakin qanunvericilikdə olan bir sıra boşluq casus piksellərə sahib məktubların göndərilməsinə şərait yaradır. Məsələ burasındadır ki, servisdə qeydiyyatdan keçən zaman istifadəçi gizli casusluğa razılığı nəzərdə tutan qaydaları qəbul edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər