main-post-cover

    Dələduzlar Chrome üçün ChatGPT əlavəsi (extension) vasitəsilə istifadəçilərin Facebook hesablarını oğurlayıblar

    Təhlükəsizlik
    15.03.2023
    Farid Pardashunas
        OpenAI şirkətinin yaratmış olduğu süni zəka əsaslı ChatGPT çat-botu Microsot-un dəstəyi ilə son bir neçə ay ərzində istifadəçilər arasında çox məşhurlaşıb. Təəccüblü deyil ki, dələduzlar bu cür imkandan faydalanmağa çalışırlar. Məlum olub ki, Google Chrome brauzeri üçün nəzərdə tutulmuş və süni zəka əsaslı çat-botdan sürətli istifadəni təmin edən Quick access to ChatGPT adlı əlavə (extension) əslində istifadəçilər barəsində məlumatları yığır və onların Facebook hesablarını ələ keçirdir. Məlumata əsasən Quick access to ChatGPT əlavəsi Chrome brauzerinin online mağazasında 3 martdan 9 mart tarixinə kimi aktiv olub. Bu qısa müddət ərzində hər gün 2000-dən çox Chrome istifadəçisi sözügedən əlavəni brauzerə quraşdırıb.
        Sözügedən əlavə süni zəka əsaslı çat-botdan istifadəni həqiqətən də təmin etsə də, o həmçinin istifadəçilərin məlumatlarını oğurlamaqla məşğul olub. İnformasiya təhlüəksizliyi sahəsində fəaliyyət göstərən Guardio adlı şirkətin mütəxəssisləri aşkar ediblər ki, Quick access to ChatGPT əlavəsi brauzerin bütün cookie fayllarını və eləcə də Google, Youtube, Facebook Twitter üçün nəzərdə tutulmuş autentifikasiya tokenlərini oğurlayır. Bunun sayəsində dələduzlar Meta Graph API-ya giriş əldə ediblər. Bu API Facebook-la uyğunlaşan tətbiqlərin hazırlanmasında istifadə edilir. Nəticədə dələduzlar Facebook istifadəçilərinin hesablarını əldə edə biliblər və onların adlarından müxtəlif əməliyyatları reallaşdırıblar. Bu üsul ilə əldə edilmiş istifadəçi məlumatları böyük ehtimal ilə hansısa hacker forumunda satışa çıxarılacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər