main-post-cover

    DDoS hücumlar reallaşdıran ən güclü botnet aşkar edilib

    Təhlükəsizlik
    05.08.2021
    Farid Pardashunas
        DDoS hücumlar reallaşdıran yeni güclü botnet aşkar edilib. Aşkar edilmiş botnet internet tarixinin ən güclü botnetidir. StormWall şirkətinin mütəxəssisləri qeyd ediblər ki, sözügedən botnetin hücumlarının maksimal gücü saniyədə 2 Tbit təşkil edir. Bu isə mövcud olan bütün botnet hücumları arasında rekord göstəricidir. Aşkar edilmiş yeni botnet 49.000 ədəd cihazdan ibarətdir. Bu cihazlar yalnız serverlərdən ibarətdir. Onların arasında kompüterlər və mobil cihazlar yoxdur. Bu botnet tərəfindən reallaşdırılan hücumlar standart xarakter daşıyırlar və əsasən oyun sektoruna yönəliblər.
        Aşkar edilmiş botnet UDP, TCP HTTP protokolları üzrə hücumlar reallaşdırmağı bacarır. StormWall şirkətinin mütəxəssislərinin sözlərinə əsasən hackerlər sözügedən botnetdən artıq 1 aydır ki, istifadə edirlər və mütəxəssislər hər gün Rusiyadan olan şirkətlərə qarşı güclü hücumlar təyin edirlər. Botnet ispan mənşəyinə sahibdir və onu 2 günlük istifadə üçün internetdən 2500$-a almaq mümkündür. Bu yeni botnet əvvəlki botnetlərdən daha təhlükəlidir.
        Belə ki, bu cür botnet tərəfindən təşkil edilmiş DDoS hücum təkcə istifadəçini deyil həmçinin onun provayderlər zəncirini də əhatə edir. Bu isə öz növbəsində eyni anda 100 minlərlə istifadəçidə internetə çıxış problemini yarada bilər. Reallaşdırılan hücumun böyük gücdə olması səbəbilə ondan qorunmaq üçün külli miqdarda vəsait xərcləmək lazımdır. Bu cür hücumların öhdəsindən yalnız DDoS-dan qorunma üzrə bulud servislər gələ bilərlər. Əks halda fərdi təhlükəsizlik sistemlərindən söhbət belə gedə bilməz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər