Chrome üçün reklam bloklayıcı əlavələrin (extensions) 80%-i zərərli proqram təminatı imiş (SİYAHI)

Chrome üçün reklam bloklayıcı əlavələrin (extensions) 80%-i zərərli proqram təminatı imiş (SİYAHI)

Kibertəhlükəsizlik
07.08.2020 PAYLAŞIM

    AdGuard şirkətinin mütəxəssisləri Chrome brauzerində reklamların bloklanması üçün nəzərdə tutulmuş əlavələrin (extensions) analizi barədə hesabat təqdim ediblər. Təqdim edilmiş hesabatda mütəxəssislərin gəldikləri nəticələr heç də ürəkaçan deyil. Belə ki, onların test etdikləri Chrome əlavələrinin 80%-i milyonlarla istifadəçinin kompüterini yoluxdurmuş zərərli proqram təminatı olublar. Bu barədə 4pda saytı xəbər verib. Tədqiqata əsasən reklam bloklanması ilə məşğul olmalı əlavələrin 295-dən 245-i ümumiyyətlə bu funksiyanı yerinə yetirmir.


    Bununla yanaşı onlardan bəziləri Chrome brauzerinə quraşdırılandan sonra kənar serverlərdən zərərli kodu yükləyərək istifadəçilərə Google və Bing axtarış sorğularında reklamlar təqdim edirlər. Bəzi hallarda brauzerə kənar cookie faylların inteqrasiyası sistemindən istifadə olunub. Bu vəziyyətdə zərərli proqram təminatının müəllifi istifadəçinin yoluxmuş kompüter vasitəsilə reallaşdırdığı hansısa alıv-verişdən cashback əldə edir. Fake əlavələrin çox hissəsinin adlarında reklam bloklanmasını əhatə edən sözlərdən istifadə olunub.

    İstifadəçilər arasında ən çox məşhurluq qazanmış isə Adblock-un saxta versiyaları olublar. Orijinal əlavəyə maksimal dərəcədə oxşamaq üçün saxta əlavələrə oxşar adlar (Ad-block və ya Adblocker) və ikonlar seçilib. Məlumata əsasən Google şirkəti artıq bu cür saxta əlavələrin silinməsi prosesinə start verib. Aşkar edilmiş bütün zərərli əlavələrin siyahısı ilə GitHub-dan tanış olmaq olar. Əgər siz siyahıdakı hansısa əlavədən öz brauzerinizə quraşdırmısınızsa onu dərhal silməyi məsləhət görürük. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome-a zərərli yüklənmələrin qarşısını alacaq yeni funksiya əlavə edilə..

İstifadəçilərin zərərli proqram təminatlarından qorumaq üçün Google şirkəti hələ 2019-cu ildə Chrome..


Hackerlər Windows 10-da tema düzəltmək funksiyası vasitəsilə konfidensial məluma..

Hər bir Windows 10 istifadəçisi unikal tema yaradaraq onu elektron poçt və ya digər üsul vasitəsilə ..


Hackerlər bir mesaj ilə Whatsapp-ı sıradan çıxartmağın üsulunu tapıblar..

Bəzən internetdə məlumat ortaya çıxır ki, müəyyən tətbiqi və ya əməliyyat sistemini xüsusi simvollar..


Microsoft Defender antivirus tətbiqində virusların yüklənməsi funksiyası aşkar e..

İstənilən antivirusun əsas məqsədi kompüter viruslarının internetdən yüklənməsinin qarşısını almaqdı..


27 yaşlı rusiyalı şəxs Tesla zavoduna kiberhücum planlaşdırırmış

Elon Musk bildirib ki, Tesla-nın Nevada ştatındakı zavoduna kiberhücum planlaşdırılırmış. ..


Google Play-də AnTuTu bençmark tətbiqinin çoxlu sayda saxta versiyası ortaya çıx..

Bu ilin əvvəlində Google şirkəti Google Play-dən AnTuTu bençmark tətbiqini silmişdi.

×