main-post-cover

    Chrome brauzerinin mobil versiyasına əlavə təhlükəsizlik funksiyaları əlavə edilib

    Təhlükəsizlik
    07.10.2020
    Emil Nəcəfov
        Müxtəlif saytlarda avtorizasiya prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulmuş şifrələrin avtomatik daxil edilməsi funksiyası Chrome brauzerinin təkcə desktop versiyasında deyil həmçinin mobil versiyasında da istifadəçilər arasında çox məşhurdur. Bu özəllikdən istifadə zamanı istifadəçi hesablarının oğurlanmaması üçün Chrome tərtibatçıları sözügedən brauzerin Android iOS versiyalarına yeni təhlükəsizlik funksiyalarını əlavə ediblər. Bu barədə 4pda saytı xəbər verib.
        Beləliklə Chrome-un yeni mobil versiyasına Touch ID Face ID vasitəsilə əlavə verifikasiya üsulu əlavə edilib. İstifadəçi hansısa saytda avtorizasiyadan keçmək üçün şifrənin avtomatik daxil edilməsi funksiyasından istifadə etdikdə brauzer ondan barmaq izi və ya üz skanı vasitəsilə əlavə daxil olmanı tələb edəcək. Android və iOS üçün olan Chrome versiyasında həmçinin şifrələr ilə loginlərin şifrələnmiş şəkildə saxlanması özəlliyi də mövcuddur.
        Google bildirib ki, bu konfidensial məlumatlar şirkət tərəfindən yığılmır və onlar şirkət serverlərində saxlanılmır. Məlumatların şifrələnməsi zamanı yalnız istifadəçi ilə məlum olan xüsusi şifrədən istifadə edilir. Buna görə də şirkətin verdiyi məlumata əsasən konfidensial məlumatların ələ keçirilməsi bu halda mənasızdır. Bununla yanaşı tərtibatçılar brauzerə hack edilmiş şifrələr barədə xəbərdarlıq funksiyasını əlavə ediblər. 
    Linki kopyala